Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
"Xeberaz.Az" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkarlanıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılaraq İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.
10 yaşlı Nərminin qətli ilə bağlı YENİ XƏBƏR
Tarix: 21-04-2021 | Saat: 19:17
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər
Xəbəri paylaş
6838 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-04-2021 | Saat: 19:17
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
20-06-2021, 16:04
"Çox da üstümə gəlməyin" - Foto
16-08-2017, 12:00
Qənirə Paşayeva ÜSYAN etdi: “Bu cür əxlaqsız kişilərin...”
14-03-2017, 14:47
"Survivor"ın qalibi xanımı ilə bal ayında - fotolar
6-05-2019, 14:17
Oruc tutmağın görün nə qədər faydaları var
25-08-2020, 10:42
Nazir jurnalistə rütbə verdi
18-12-2015, 17:55
Hikmət Hacıyev: Ermənistan qəsdən vəziyyəti gərginləşdirir
4-06-2016, 03:43
Kosova tarixindəki ilk oyunda qalib gəldi
14-02-2017, 17:24
Rus gözəl Dubayda həyatını təhlükəyə atdı - fotolar+video
5-03-2021, 09:47
Mujenko: Rusiya ilə müharibə başlaya bilər
20-06-2021, 12:10
Türkiyə Bakıda son matçına çıxır