Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hikmət Hacıyev: Ermənistan qəsdən vəziyyəti gərginləşdirir
Tarix: 18-12-2015 | Saat: 17:55
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Hikmət Hacıyev: Ermənistan qəsdən vəziyyəti gərginləşdirir
“Mülki obyektlər hədəfə alınır”.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi çərçivəsində prezidentlər və ya digər səviyyələrdə görüşlərin keçirildiyi ərəfədə və ya görüşlərdən sonra Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləşdirilməsi, təxribat-diversiya əməllərinin törədilməsi həyata keçirilir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın açıqlamalarına cavab olaraq deyib.

H. Hacıyev bildirib ki, rəsmi İrəvan 2014-cü ilin noyabrında Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46 min şəxsi heyətin və 5000 ədəddən artıq texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirərək, məlum helikopter insidentinin baş verməsinə rəvac verib.

“Bu ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi, dekabrda isə Belqradda ATƏT-in nazirlər şurasının iclası keçirilən zaman Ermənistan tərəfindən yenə də qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin intensiv şəkildə pozulmasına yol açan təxribatçı əməllərə əl atılıb.

Azərbaycan və Ermənistan prezidentlərinin 19 dekabr tarixində İsveçrədə keçirilməsi planlaşdırılan görüşü ərəfəsində də Ermənistan tərəfindən insan itkisi ilə müşayiət olunan təxribat-diversiya əməllərinin törədilməsi həyata keçirilir. Hətta qoşunların təmas xəttinə yaxın ərazilərdə və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki obyektlər hədəfə alınır.

Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək, hər bir vəchlə danışıqlar prosesini pozmaq, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan “status-kvo”nu saxlamaq məqsədi güdür.

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir”, - deyə H. Hacıyev əlavə edib.


Xəbəri paylaş

5558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___