Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vətən uğrunda canından keçən "çox gülən oğlan" - Foto
Tarix: 23-01-2021 | Saat: 10:58
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Müsahibə / Qarabağdan xəbər var | çapa göndər



Vətən müharibəsinin igid oğullarından biri də 26 yaşlı Abiddir.
Abid Asif oğlu Məmmədov 4 aprel 1994-cü il tarixində Oğuz rayonunun Dəymədərə kəndində anadan olub.
O, 2000-2011-ci illər ərzində Elbrus Həşimov adına Dəymədərə kənd orta məktəbində təhsil alıb.
Orta məktəbi uğurla bitirdikdən sonra hərbi xidmətə yollanıb və burada da xidmətini layiqincə yerinə yetirərək, doğma kəndinə qayıdıb.
Bundan sonra o, Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator olaraq işə başlayıb.
Müharibə başlayanda çağırışa ilk qoşulanlardan biri də elə Abid olub.
O, xidmətinə Murovdağ istiqamətində başlayıb və oktyabrın əvvəllərində düşmənin bu əraziyə atdığı mərmi nəticəsində şəhidlüyə yüksəlib.
Anası Rübabə xanımın sözlərinə görə, Abid çox təmiz ürəkli, tərbiyəli oğlan olub:
“Abid mənim ilk övladımdır. Mən analıq hissini Abid sayəsində dadmışm. Ondan başqa bir qızım var. Çox mehriban ailəmiz olub. Danışan, deyən, gülən... Heç vaxt nə ailə daxilində, nə də kiminləsə problemimiz olmayıb. Abid də belə oğlan idi. Heç kimlə işi olmazdı. Çox ağıllı, tərbiyəli, mərd oğul idi. Hər adamla da ünsiyyət qurmazdı.
Müharibə başlamamışdan öncə təlimlər başladı və Abid sentyabrın 21-i öncə təlimlərə qoşuldu, sonra isə müharibəyə. Xidmət yoldaşları Abid barədə yalnız gözəl şeylər danışırlar. Birlikdə çox az müddət olsalar da, özünə böyük hörmət qazanmağı bacarıb.
Abid gülüşü ilə seçilərdi. Tanışları ona “çox gülən oğlan” deyə müraciət edirdilər. İndi nə gülüşü gəlir, nə səsi eşidilir...
Maşın həvəskarı idi. Avuqust ayında sürücülük vəsiqəsi aldı, sentyabrda müharibəyə getdi. Maşın almaq istəyirdi. Qismət olmadı.
2 ilə yaxındır ki, ailə qurmuşdu. Bir övladları var. Abid övladına həddən çox bağlı idi. Xidmət yoldaşı danışırdı ki, şəhid olduğu gün hamı yemək yeyəndə, Abid yeməyibmiş. Ondan niyə yemədiyini soruşanda “Əli yadıma düşüb, yaman darıxmışam” deyib. Hər dəfə telefonla danışanda yoldaşına deyərdi ki, mən yaxşıyam, əsas oğlum üçün narahatam. İndi mən də, atası da yalnız onun bircə balası üçün yaşayırıq. Bundan sonra nə qədər ömrümüz var ona həsr edəcəyik.
Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr edirəm. Gec, ya tez oğluma qovuşacam. Bəlkə də məni təsəlli edən yeganə şey də elə budur".
Qeyd edək ki, A.Məmmədov ölümündən sonra Prezident İlham Əliyev tərəfindən“Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidimiz oktyabrın 4-də doğulduğu Dəymədərə kənd qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!



1678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___