Sosial şəbəkələrdə yalan xəbər yayanlar cəzalanacaq
Tarix: 05-01-2021 | Saat: 00:55
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə guya Qəbələ rayonunun Nic kəndində bayram günü atəşfəşanlıq olması və bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edən bir qrup şəxsin həmin kəndə hücum edərək sakinləri təhqir etmələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Xeberaz.Az" xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında sosial şəbəkələrdə yayılan təxribat xarakterli bu məlumatların yalan və uydurma olduğunu deyib:
"Bildiyiniz kimi Nic kəndində əsrlər boyu azərbaycanlılarla yanaşı, udin millətinin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayıblar. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə respublikamızda yaşayan bütün azsaylı millətlərin nümayəndələri kimi udinlər də böyük şücaət göstəriblər. Vətən Müharibəsindən sonra həmin kəndin sakinləri olan udinlər işğaldan azad olunmuş ərazilərdəki qədim alban kilsələrini ziyarət edərək dini ayinlər yerinə yetiriblər. Görünür bu kimlərinsə xoşuna gəlmədiyi üçün yalan və uydurma xarakterli məlumatlar yayaraq əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşayan millətlərin arasında nifaq salmağa, təxribat törətməyə çalışır. Lakin Daxili İşlər Nazirliyi hər zaman olduğu kimi bu dəfə də belə təxribatların qarşısını qətiyyətlə alır. Bildiririk ki, sosial şəbəkələrdə təxribat xarakterli belə məlumatlar yayan şəxslər barəsində hüquqi müstəvidə sərt tədbirlər görüləcək!"
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər

23-02-2017, 18:36
800 nəfər dərmandan zəhərlənib
24-05-2016, 23:49
Rihanna Türkiyədə Messi ilə futbol oynayacaq
2-05-2018, 18:36
"Efirə hallı gəlirlər" - Zaur
22-11-2016, 18:09
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
15-12-2016, 18:12
Tanınmış jurnalistdən sərt qınaq - Video
24-04-2016, 13:52
Yunan general F-16 ilə Türkiyənin ərazilərinə girdi
28-04-2016, 12:58
"Bakı Sığorta"nın rəhbəri işdən çıxdı
28-06-2016, 18:52
Sarkozi: “Fransanı 10 dəhşətli ay gözləyir“