Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis mülki geyimdə vətəndaşın icazəsini yoxlaya bilər? - RƏSMİ AÇIQLAMA
Tarix: 21-12-2020 | Saat: 12:25
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Texnologiya | çapa göndər


Mülki geyimli polis əməkdaşlarının karantin rejim qaydaları ilə bağlı inzibati tənbeh tədbirləri görməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. Bildirilir ki, mülki geyimli polis əməkdaşları onları saxlayıb, barələrində tədbir görür. 
"Xeberaz.Az" xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı hər hansı məhdudiyyətin olmadığını bildirib:
“İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları xidməti və mülki geyimdə fəaliyyət göstərə bilər
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qaydalara əməl etməyən şəxsləri müəyyən etmək üçün polis əməkdaşları qanundan irəli gələn bu təcrübədən istifadə edir. 
İnzibati xətanı aşkar edən mülki geyimli polis əməkdaşı xidməti vəsiqəsini təqdim etməklə, inzibati xəta törədən şəxsi müvafiq polis orqanına təhvil verir. 
Əsasən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən, aktiv koronavirus xəstələrinin profilaktikasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına zəmin yaradan şəxslər aşkarlanaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür”.


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
18-11-2016, 19:07 Həftə sonunun HAVAsı

bütün xəbərlər
____ Instagram ___