Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni ombudsman Bakını ittiham edib, biabır oldu - Foto
Tarix: 03-10-2020 | Saat: 14:59
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Aktual | çapa göndər



Ermənistanın İnsan haqları üzrə müvəkkili (Ombudsman) Arman Tatoyan Azərbaycanı guya kasset bombalarından istifadədə ittiham edərək, Bakının beynəlxalq hüququ pozduğunu iddia edib.
 "Xeberaz.Az" xəbər verir ki, bu məlumatı Tatoyan öz Feysbuk səhifəsində paylaşıb. Maraqlı məqam odur ki, Tatoyan Azərbaycanın beynəlxalq hüququ pozmasını deyərkən hansı sənədə istinad etdiyini açıqlamayıb.
Əslində isə Tatoyanın ifadəsinin həqiqətlə heç bir yaxınlığı yoxdur. Belə ki, əvvəla, Tatoyan beynəlxalq hüquq deyərkən, nəzərdə tutduğu, amma yazmadığı sənəd 2008-ci ilin mayında Dublində imzalanmış kasset döyüş sursatları haqqında konvensiyasıdır. 2013-cü ilə qədər bu konvensiyanı 113 ölkə imzalayıb, 84-ü isə ratifikasiya edib.
İkincisi, bu konvensiyaya nə Azərbaycan, nə də Ermənistan imza atıb. Üstəlik, bu sənədə imza atmayanlar təkcə biz yox, həmçinin Gürcüstan, ABŞ, Rusiya, İran, Çin, Hindistan, Braziliya, Türkiyə, Cənubi Koreya, Pakistan, İsrail, Qazaxıstan, Misir və digər ölkələrdir. Buna səbəb isə bu ölkələrin kasset bombaları antiterror əməliyyatları və döyüş fəaliyyətlərində effektiv vasitə hesab etmələridir. Bu baxımdan Ermənistanı özünün də imzamadığı sənədə görə Azərbaycanı günahlandırmaq haqqı yoxdur.
Üçüncüsü isə Ermənistan Azərbaycanı ittiham etməzdən əvvəl özünün niyə bu bombalardan Azərbaycana qarşı istifadə etdiyinə aydınlıq gətirməlidir. Ən azından Tovuz təxribatı zamanı Ermənistanın kasset bombaları döyüş bölgəsinin olmadığı, dinc sakinlərin yaşadığı yerlərə birbaşa öz ərazisindən atdığını hər kəs görüb və bilir.


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
28-06-2015, 11:02 İstanbulda faciə

bütün xəbərlər
____ Instagram ___