Yasamalda əməliyyat: "Əfsanə"də 27 nəfər tutuldu
Tarix: 02-07-2020 | Saat: 15:39
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Bakıda karantin rejimini pozan kafe aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları paytaxtın Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində keçirilən qonaqlığın qarşısını alıb. Polis əməkdaşları gələrkən müştərilərin bəzisi pəncərədən qaçmağa cəhd etsə də, məqsədlərinə nail ola bilməyiblər.
"Xeberaz.Az" xəbər verir ki, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib. Lakin onların bu arzusu puç olub. Keçiriləcək məclisin 27 iştirakçısı 2-ci polis bölməsinə gətirilib. Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat məbləğində cərimə olunub, kafe sahibi ilə bağlı materiallar isə məhkəməyə göndərilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən iyulun 5-dək elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır. Bundan başqa, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.
Xəbəri paylaş
1 2788 dəfə oxunub.
Digər xəbərlər

14-12-2016, 22:43
Problemli kreditlərlə bağlı daha YENİ XƏBƏR
24-02-2016, 18:06
"Hamımızın başı sağ olsun" - fotolar
11-01-2016, 12:44
Şabranda mikroavtobus yandı
8-10-2015, 22:47
Əlində bananla küçə-küçə gəzdi - FOTO
22-08-2017, 12:20
Kopenhagendə tarixi şans
8-01-2018, 17:17
Stadionlarda siqaret qadağan olunacaqmı? - AÇIQLAMA
26-11-2021, 09:24
Azərbaycanda kişi arvadını xoruldadığına görə tərk etdi - VİDEO
5-04-2018, 16:33
Keçmiş sevgilisinə 4,5 min mesaj yazan fransız həbs edi
17-12-2016, 23:42
Putinin 24 il öncəki tarixi şəkli yayıldı - Foto