Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı
Tarix: 29-05-2020 | Saat: 10:11
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Reportaj | çapa göndər
ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə məlumat verib.
“Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”, - Tramp belə deyib.
Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.
Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.
Xəbəri paylaş
4258 dəfə oxunub.
Digər xəbərlər

7-12-2020, 15:02
"Paşinyan özü gedən deyil, göndərmək lazımdır" - Erməni deputat
4-03-2017, 12:26
Novruz Məmmədov: "Qırğızıstanın addımı başa düşülən deyil"
1-04-2022, 11:25
Bel çevrəsinin 90 sm-dan çox olması - Bu xəstəliklərə səbəb olur
6-01-2016, 18:18
Qadın erotik fantaziyasının qurbanı oldu Dünya
13-03-2019, 12:29
Bayrama qədər bütün pensiyalar artımla birlikdə tam ödəniləcək - NAZİR
21-08-2016, 00:34
Astroloji proqnoz - 21 avqust
14-03-2015, 16:03
Serbiyada hərbi vertolyot qəzaya uğrayıb: 7 nəfər ölüb
3-06-2016, 20:52
Rusiya qətliamı: 247 ölü
30-05-2017, 16:32
Ucuz evlərə görə insanlar "ASAN xidmət"ə axın etdi - FOTO
2-08-2015, 02:09
Sürücü lotereyadan 153 milyon dollar udub