Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milli Şuradan istefa verən Eldəniz Quliyev Cəmil Həsənlini "yıxıb-sürüdü"
Tarix: 22-05-2020 | Saat: 03:54
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Milli Şuradan istefa verən Eldəniz Quliyev Cəmil Həsənlini "yıxıb-sürüdü"

“Cəmil Həsənlinin mənə qarşı ittihamları Prezident seçkiləri zamanı Araz Əlizadənin ona "Cəmil Həsənlinin ağzından iy gəlir, dişlərini yumur" deməsindən fərqlənmir. Onun Hacı İlqara qarşı sürdüyü iradların hamısı qərəzli, həqiqətə uyğun olmayan, ən başlıcası isə ona yaraşmayan iddialardır”.
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri bu günlərdə Milli Şuradan istefa verən tanınmış rejissor Eldəniz Quliyev deyib.
O, bildirib ki, şuradan gedib-getməmək məsələsi onun öz öhdəsinə buraxıldığı halda, Cəmil Həsənli ictimaiyyəti aldatmağa çalışır: “Məgər sizin kimisə Milli Şuradan çıxarmaq səlahiyyətiniz var? Məsələ müzakirə olundu, bəziləri mənim MŞ-dan getməyimi məsləhət gördü, bəzilərisə əksinə. Qərar öz öhdəmə buraxıldı. Sonda mən belə bir qurumda qala bilməyəcəyimi bəyan etdim və hətta "niyəsi"ni də deyərək, hamıya uğurlar arzulayıb ayrıldım. Kaş ki, həmin toplantının görüntüləri yayılaydı. Rica edirəm, qırmızı xətti qırmızı yalanlarınızla keçməyin, əks-təqdirdə sizin bütün psevdo- ittihamlarınıza çox ciddi şəkildə cavab vermək məcburiyyətində qalacam”.


Xəbəri paylaş

4898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___