Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlara Allahı necə tanıdaq?
Tarix: 06-10-2016 | Saat: 21:25
Bölmə:Karusel / İbadət | çapa göndər

Uşaqlara Allahı necə tanıdaq?

Uşaqların Allahı dərk etməsi onların yaşına və ağıl səviyyələrinin inkişaf etməsinə görə müxtəlif olur. Ona görə də hər bir valideyn övladının başa düşəcəyi tərzdə və səviyyədə Allahı ona tanıtmağa çalışmaldır. Misal üçün, 5 yaşlı bir uşaq ilə fəlsəfi söhbətlər etmək olmaz, nağıllar və dastanlar söylərək, uşağın zehnini Allahı tanıması üçün hazır edə bilərik. Onun üçün Allahın verdiyi nemətləri saya bilərik.
"Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, uşaqlara Allahı tanıtmağımız ona görə əhəmiyyətli bir mövzudur ki, uşaqların buna ehtiyacı vardır. Çünki uşaqların böyüklərdən daha çox, Hamiyə və arzularını yerinə yetirə bilən Allaha ehtiyacları vardır. Uşaqların ruhu adətən həmişə həyatın sirlərini və qəribələrlikləri açmağa can atar. Ona görə də o zaman ki, onların suallarına məntiqli cavablar veririk, özlərini daha rahat hiss edərlər.
Uşaqların Allahı yaxşı tanıması üçün valideyn icazə verməlidir ki, uşaq Allah haqqında bildiklərini sərbəst şəkildə danışa bilsin. Çünki bu əməl mənəviyyatının inkişaf etməsinə çox yardım edər. Psixoloqlar da məsləhət görür ki, uşaqla söhbət edən zaman qoyun söhbəti özü idarə etsin. Öz fikirlərini söyləsin və sonra onun sualına məntiqli cavablar verərək, söhbəti bitirin.
Uşaqların yaş həddini nəzərə alaraq, onlarla Allah haqqında söhbətlər edə bilərik.
1 və 3 yaş arası.
Yadımızda olsun ki, mənəvi toxumlar elə bu yaşlarda səpilməlidir ki, sonrakı yaşlarda meyvə verə bilsin. Ona görə də uşağa bu yaşda Allahı tanıtmaq çox mühümdür. İlk əvvəl uşağa müqəddəs sözlər öyrədilməlidir: Quran, Allah, Peyğəmbər (s), İmam (ə) kimi. Sonra bu müqəddəs adlara qarşı onda sevgi yaratmaq lazımdır. Onlara deyək ki, Allah səni çox sevir və istəyir ki, sən Onun sevdiyi insanlardan olasan.
3 və 5 yaş arası.
O zaman ki, bu yaşda olan uşaqlar ətrafında baş verən qəribə hadisələrin səbəbini bilmirlər - haldan-hala düşürlər. Siz belə olan hallarda Allah barəsində onlarla söhbətlər edə bilərsiniz. Misal üçün, sizin beş yaşlı uşağınız babasının ölümü ilə narahat olursa, sizə suallar verməyə başlayır: Babam öləndən sonra nə edir? Behiştə gedirmi? Belə suallarla özünü təskinləşdirmək istəyir. Siz belə olan halda ona deyin ki, sən nə düşünürsən? Yəqin ki, cavabında deyəcəkdir ki, babam indi cənnətdədir və mələklərin yanındadır. Siz də onun bu sözlərini təsdiq edin. O zaman ki, sizin yeni bir övladınız dünyaya gəlir, böyük uşağınız sevinər və belə olan halda da ona Allah haqqında danışın. Ona deyin ki, biz gərək bacı və ya qardaşımızın olduğuna görə Allaha təşəkkür edək və uşaqla birlikdə şükür edin.
6 və 10 yaş arası.
Bu yaşda olan uşaqlar məktəbə getməyə başlayar və Allah haqqında daha məntiqli suallar verməyə başlayarlar. Tufandan, zəlzələdən, xəstəlikdən, ölümdən soruşarlar. Əgər ölümdən soruşarsa, bu mövzunu birbaşa Allaha nisbət verilməsi məsləhət görülmür. Çünki bu zaman uşaq Allahı qorxulu bir varlıq kimi tanıyacaq və Ona etimad edə bilməyəcəkdir. Çünki deyəcəkdir ki, Allah insanları xəstə edir, kor edir və hətta öldürür. Belə olan halda uşaqlarınıza elmi cavablar verməyə çalışın.
Yeniyetmə dövrü.
Bu yaşda olan uşaq dini biliklərə malik olar və bəzən onlarla bağlı dərin suallar verər. Belə bir halda valideyn çox danışmaqdan çəkinməli, əməldə ona ibrət dərsləri verməlidir. Yenitetmə ilə bu mövzularda söhbət edərsə də, gərək birbaşa onun problemləri haqqında danışsın. O zaman ki, yeniyetmə ümidsizlik hiss edər, ona bu müraciəti verin ki, Allah hər bir insana dəyər verir. Allah necə ki, gözəl və zəngin bir uşağı sevir, eləcə də çirkin və yoxsul uşağı da sevir. Ona deyin ki, Allah bizim hər bir əməlimizə nazirdir və ona əsasən bizə mükafat və cəza verər. (Tebyan)
Beləliklə deyə bilərik ki, uşaqların Allahı tanıması onlara velosipedi sürməyi öyrətməyə bənzəyir. Siz əvvəl bu velosipedi hərəkətə gətirirsiniz və uşağınız onu sürmək istəyəndə velosipedin müvazinətini saxlamağa çalışırsınız. Nəhayət bu uşağın özüdür ki, onu sürməyi öyrənir və siz sadəcə ona yardım edirsiniz.


Xəbəri paylaş

7838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___