Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropada uşaqlar arasında yeni xəstəlik yayılır
Tarix: 30-04-2020 | Saat: 07:21
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / Səhiyyə / M2 | çapa göndər

Avropada uşaqlar arasında yeni xəstəlik yayılır

Böyük Britaniya və İtaliyanın ardından Fransada da uşaqlarda yeni növ iltihabın aşkarlanması, üstəlik, bunun koronavirusla bağlı ola biləcəyi ehtimalı insanlarda təşviş yaradıb.
"Xeberaz.Az" “Deutsche Welle”yə istinadən xəbər verir ki, Fransanın səhiyyə naziri Olivye Veran hər yaş qrupundan 15 uşaqda hərarət, həzm şikayəti və ürəyin zəifləməsinə yola aça bilən damarlarda iltihab kimi əlamətlərin qeydə alındığını deyib.
Nazir bəzi hallarda ürək damarlarında da iltihablaşmanın müşahidə edildiyini söyləsə də, indiyədək ölüm hadisəsinin qeydə alınmadığını vurğulayıb.
O.Veran qeydə alınan faktlar arasında koronavirus testinin neqativ olan uşaqların da olduğunu bildirərək hələ cavablandırılmamış bir çox sualın olduğunu söyləyib. Səhiyyə naziri bu iltihabi xəstəlik ilə koronavirus arasında bağlantı qurmaq üçün yetərincə dəlil olmadığını bildirib.
Qeyd edək ki, analoji hadisə Böyük Britaniya və Fransada da aşkarlanıb.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___