Bakıda sahibkarın əlini dişləyib, pullarını apardılar
Tarix: 28-04-2020 | Saat: 15:13
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Bakıda əcnəbi sahibkarı qarət etməkdə təqsirləndirilən Hafiz Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Xeberaz.az"xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hakim Ülviyyə Şükürovanın icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında paytaxtın Səbail rayonu ərazisində baş verib.
H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9-da yerləşən "Park Tarqoviy" hostelini icarə əsasında işlədən sahibkar, Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Waqar Basherat ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında həmin hostelə tanımadığı 4 nəfər yer üçün müraciət edib.
Söhbət zamanı həmin şəxslərdən biri Ali Waqar Basheratdan içmək üçün su istəyib.
Sahibkar onlara su vermək üçün hostelin mətbəxinə keçərkən həmin şəxslər ona məxsus, içərisində 3000 dollar olan çantanı götürüb hadisə yerindən uzaqlaşıblar.
Ali Waqar Basherat həmin şəxslərdən birini yaxalayaraq polisə təhvil vermək istəyərkən həmin şəxs sahibkarın əlini dişləyərək qaçıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən birinin Şamaxı rayın sakini, 1993-cü il təvəllüdlü Əsgərov Hafiz Habil oğlu olduğu müəyyənləşərək saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə ittiham verilib.
Xəbəri paylaş
6968 dəfə oxunub.
Digər xəbərlər

27-10-2015, 12:56
Bakıda atası sürməyə maşın verməyən 25 yaşlı gənc özünü bıçaqladı
29-01-2016, 12:44
Fevral ayına olan hava – PROQNOZU
17-12-2015, 15:47
Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var?
11-12-2016, 10:18
Azərbaycan prezidenti Ərdoğana başsağlığı verdi
13-12-2015, 15:47
Zorla avtomobilə mindirilən 17 yaşlı qızın faciəsi
21-11-2017, 11:37
Qubada oğul atasını güllələyib
25-01-2023, 11:24
Uşaqlar zəkanı kimdən alırlar: atadan yoxsa anadan?
31-08-2017, 14:03
Azərbaycanda süni mayalanma halları artıb
25-01-2018, 11:28
Azərbaycan MN:Ordumuz düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib
17-07-2016, 01:25
AKP binasının önündə partlayış - Gərginlik