Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var?
Tarix: 17-12-2015 | Saat: 15:47
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var?
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Standard & Poor`s" (S&P) beynəlxalq agentliyinin cəmiyyətin uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinədək endirməsinə münasibət bildirib.

Jurnalistlərlə söhbətində C.Qurbanov bildirib ki, reytinqin birdən-birə aşağı salınmasının səbəbini başa düşməyib.

Onun sözlərinə görə, bir dəstə reytinq agentliyi yığılıb, nə gəldi yazırlar.

"Necə oldu ki, reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Bilmək olarmı, nə dəyişib ki, bunlar reytinqi aşağı salıb? Əlbəttə ki, bu, neqativdir. Amma nə edək?

Çalışacağıq ki, düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz buna hazırıq. Mən bilmirəm ki, onlar niyə elə yazıb.

Bizə müraciət etsinlər. Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var? Mən öz işimlə, yükdaşıma ilə məşğulam. Biz inkişaf etməyə çalışırıq. Gələcəkdə reytinq öz-özünə düzələcək"-deyə, o, sözlərinə əlavə edib.


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___