Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarova görə deputatlar "söz atışmasına" çıxdılar
Tarix: 24-04-2020 | Saat: 19:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual | çapa göndər

Elmar Məmmədyarova görə deputatlar "söz atışmasına" çıxdılar

Parlamentin bugünkü iclasında Xarici İşlər naziri Elmar Məmmədyarovla bağlı deputatlar arasında fikir ayrılığı yaşanıb. 
"Xeberaz.Az" xəbər verir ki, deputat Tahir Kərimli çıxışında Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib. 
Deputat Hicran Hüseynova çıxış edərək Elmar Məmmədyarovu müdafiə edib və onu tənqid edən deputatlara irad tutub: “Xarici İşlər naziri özbaşına çıxış etmir. Elmar Məmmədyarov dövlətin mövqeyini ortaya qoyur. Mədəniyyətimizi gözləməliyik. Bəzi deputatlar özlərini elə göstərirlər ki, guya Qarabağ dərdinə ancaq bunların ürəyi yanır”. 
Bundan sonra deputat Tahir Kərimli Hicran Hüseynova cavab verib: "Mən meydanlarda sözümü deyib Milli Məclisə gəlmişəm. Azərbaycanda keçirilən parlament seçkilərində 3-cü dəfə millət vəkili seçilmişəm. Kimi təqid etdiyimi və nə danışdığımı da yaxşı bilirəm. İndi demək istəyirsiz biz yenidən qayıdıb, meydanlarda sözümüzü deyək?. Heç kim mənə deputat olmağın qaydalarını öyrədə bilməz. Mən sözümü parlamentdə deyəndə, mənə danışmaq öyrədənlər heç Milli Məclisin qapısını tanımırdı". 
Fəzail Ağamalı isə deyib ki, E. Məmmədyarov tənqid edənlərdən biridi də odur: "Onu mətbuatda və Milli Məclisdə tənqid edənlərdən biri də mənəm. O, dişsiz bəyanatlar verir. Bu, mənim vətəndaşlıq mövqeyimdir”. 


Xəbəri paylaş

8788 dəfə oxunub.

Digər xəbərlər
18-01-2016, 09:27 Bürclər - 18 yanvar

bütün xəbərlər
____ Instagram ___