Dələduz "polis" saxlanıldı
Tarix: 14-12-2019 | Saat: 19:54
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə | çapa göndər
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.
Araşdırmalar zamanı V. Haqverdiyevin özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan qadından üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə ayrı-ayrı vaxtlarda 750 manat dəyərində qızıl boyunbağı və əlavə olaraq 200 manat nəğd pul alaraq aldatması müəyyən edilib.
Həmçinin onun müxtəlif vaxtlarda Mingəçevir, Yevlax, Bərdə, Zərdab və Balakən rayonları ərazilərində də analoji cinayətlər törətdiyi istisna edilmir. DİN həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşların “102” Zəng Mərkəzinə, həmçinin Yevlax RPŞ-yə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələrini xahiş edib.
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər

17-11-2017, 12:51
Dahilərin qidası KİNKAN. Faydalı və müalicəvi xüsusiyyətləri
17-09-2015, 23:07
Rusiyalı polislərə Azərbaycanda istirahət etməyə icazə verdilər
1-01-2016, 11:56
Azərbaycanlı müğənni "Range Rover"ini aşırdı
28-06-2018, 16:45
Putin Trampla görüş vaxtını və yerini açıqladı
8-02-2016, 14:16
Gəlin bu rəqsi ilə internetdə rekord qırdı (VİDEO)
6-09-2016, 23:47
Övladlarımızın həyatını necə məhv edirmişik?!
30-09-2018, 14:33
Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı - SİYAHI
5-05-2018, 09:38
Xalq artisti vəfat etdi