Kürdəmirdə acınacaqlı mənzərə... - "Nəticələri çox acı ola bilər"
Tarix: 09-12-2019 | Saat: 04:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / M2 / Həftə-Reytinq | çapa göndər
“Kürdəmirdəki şəhər 1 saylı orta məktəb təmirə bağlanıb. Buna görə şagirdlər 3 saylı, 4 saylı və Atakişili kənd məktəblərinə yerləşdirilib. Həmin məktəblərə getmək üçün ictimai nəqliyyat yox dərəcəsindədir. Valideynlər alternativ vasitələrdən istifadə edirlər. Kimi özü aparır, kimi taksi xidmətindən istifadə edir, gücü çatmayan da avtobula aparmalı olur. Sahibkar avtobus sürücüləri bundan istifadə edir. Onlar məktəb rəhbərliyi ilə heç bir müqavilə bağlamadan şagirdlərin daşınmasında iştirak edirlər. Kiçik ölçülü avtobuslara həddən artıq şagir mindirirlər. Bu, təhlükəlidir”. DİA.AZ bildirir ki, bu barədə dekabrın 6-da Kürdəmirdə fəaliyyət göstərən Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi məlumat yayıb.
Mərkəz Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir Rayon Yol Polisi İdarəsi və Kürdəmir Təhsil Şöbəsinə müraciət edib. Şagirdlərin daşınmasının təhlükəli olduğunu, bu barədə tədbir görmələrini istəyib.
Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin məlumatında deyilir ki, onlar dəfələrlə bu sahədə monitorinq aparıblar. Sürücülərə şagirdlərin daşınması ilə bağlı iradlarını bildiriblər. Lakin sürücülər onların dediklərini və iradlarını gözardı ediblər:
“Kiçik həcmli avtobuslara (RAF) 50 nəfərdən artıq şagird mindirirlər. Uşaqlar bir-birinin belində gedir. Ayaq üstə duranlar olur. Adi bir əyləcdə neçə nəfər yıxılır. Bu, təhlükəli haldır və yolverilməzdir. Nəticələri çox acı ola bilər”.
Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi bildirir ki, sürücülərə irad bildirəndə çox pis cavab verirlər:
“Deyirlər: “Sən kimsən, bu xətti pulla almışam. İstədiyim kimi sürürəm. Heç kim, eləcə də siz bizə qarışa bilməzsiniz”. Biz hüquqi dövlətdə yaşayırıq. Uşaqlar bizim gələcəyimizdir. O uşaqları qorumaq bizim borcumuzdur. Aidiyyatı qurumları və medianı şagirdlərin təhlükəsizliyini qorumaq üçün monitorinq aparmağa və ya bu məsəlini diqqətdə saxlamağa dəvət edirik. Araşdırın, tədbir görün, ən azı acı nəticələnəndən sonra heyifsilənməmək üçün”.
Xəbəri paylaş
5348 dəfə oxunub.
Digər xəbərlər

19-05-2016, 09:24
Erməni nazirlərin maşınları əllərindən alınır
1-10-2015, 16:44
Rusiyada qadın WhatsApp vasitəsilə körpəsini satmağa cəhd etdi
8-08-2019, 16:15
Dilqəm Əsgərovun oğlundan Füzuli Məmmədova MÜRACİƏT -“Sizin Rusiyada əlaqələriniz çox güclüdür”
3-03-2016, 13:15
Ucaboy olmaq üçün bu qidaları yemək lazımdır - SİYAHI
5-05-2017, 15:36
Tottiyə vəzifə verildi
27-11-2016, 20:06
Neftçala məktəbliləri arasında "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda inşa müsabiqəsi keçirilib.
20-09-2016, 15:32
İş adamı itinə 8 ədəd "İPhone 7s" aldı - FOTOLAR
24-05-2018, 09:55
Yasamaldakı obyektlər söküləcək - XƏBƏRDARLIQ