Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Neftçala məktəbliləri arasında "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda inşa müsabiqəsi keçirilib.
Tarix: 27-11-2016 | Saat: 20:06
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

 Neftçala məktəbliləri arasında "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda inşa müsabiqəsi keçirilib.

İnşa müsabiqəsi Neftçala rayonunda "Kür-Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilib.

"Xəbəraz.az " xəbər verir ki ,Tədbiri giriş sözü ilə açan "Kür-Xəzər" xeyriyyə ictimai birliyinin sədri, MQF-nin İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının üzvü Akif Kərimov bildirib ki, layihə çərçivəsində Azərbaycan Dövlət Pedoloji Universitetində, Bakı Texniki Kollecində, 32,35,72, 126 və 238 saylı orta məktəblərdə ziyalılar ilə tələbə və şagirdlərin görüşü təşkil edilmiş, "Azərbaycançılıq - milli ideologiyamız" adlı bülleten nəşr edilmişdir. Təşkilat sədri layihənin yekun və əsas tədbirinin məhz regiona salınmasının müsabiqədə iştirak edən şagirdlərə əlavə stimul verəcəyinə inandığını bildirərək əlavə etdi ki, bu tədbirdə Neftçala məktəbliləri ilə ziyalıların görüşü və "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda inşa müsabiqəsi həyata keçiriləcəkdir.

Tədbirin birinci hissəsində Əzizxan Tanrıverdi - Filologiya üzrə elmlər doktoru, professor, ADPU-nin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, Vaqif Qurbanov - ADPU-nin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, Tariyel Abbaslı -AZTV əməkdaşı, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Ənvər İmanov - Pedaqogika üzrə fəlsəfə doktoru, Professor Mətləb Əlizadə, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı Oqtay Rza şagirdlər qarşısında çıxış etdilər.

Tədbirin ikinci hissəsində Neftçala rayonun 20 məktəbinin 40 şagirdinin iştirakı ilə "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusunda inşa müsabiqəsi keçirildi.

Filologiya üzrə elmlər doktoru, professor, ADPU-nin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Əzizxan Tanrıverdi, ADPU-nin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru Vaqif Qurbanov, AZTV əməkdaşı, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı və Pedaqogika üzrə fəlsəfə doktoru Ənvər İmanovdan ibarət müsabiqə komissiyasının iştirakı ilə 1, 2,3-cü yerlər üzrə qaliblər və 7 fəal iştirakmı müəyyənləşdir.

Tədbirin üçüncü - yekun hissəsində inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Rayonun Xıllı qəsəbə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbin X sinif şagirdi Səfərova Raya 1-ci yerə, Zabil Əsgərov adına Аşağı Surra kənd tam оrtа məktəbin X sinif şagirdi Rzayeva Ayan 2-ci yerə, C.Əhmədov adına Cəngən kənd tam orta məktəbin IX sinif şagirdi Ələkbərova Fatimə 3-cü yerə, inşa müsabiqəsində daha çox bal toplayan digər 7 iştirakçı isə həvəsləndirici yerə layiq görüldülər.

Qaliblərə Diplomlar, qiymətli hədiyyələr və müxtəlif kitablar təqdim edildi.

Xəbəri paylaş

6 4928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___