Jurnalistə futbol klubunda vəzifə verildi
Tarix: 05-12-2019 | Saat: 16:08
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Tanınmış jurnalist Əli Zülfüqaroğlu “AZE Nakhchivan SK” (Köln) Futbol Klubunun Azərbaycan üzrə koordinatoru seçilib.
Klubdan verilən məlumata görə, İdarə Heyəti bununla bağlı yekdil qərar qəbul edilib. Ə.Zülfüqaroğlu bildirib ki, Almaniya bundesliqası reytinqinə görə, ilk 3-lükdə yer alır: “Almaniya futbolunun dünyada xüsusi yeri var. Almaniyada dünyaca məşhur klublar, futbol akademiyaları fəaliyyət göstərir. Bir sözlə alman məktəbi dünya üzrə örnək alınacaq sıralarda dayanır”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, futbol klubunu yaratmaq, inkişaf etdirmək çox ciddi və məsuliyyətli bir işdir:
“Bunu anlayırıq, amma eyni zamanda bu addımın Azərbaycan üçün nə qədər önəm daşıdığının da fərqindəyik. Hesab edirəm ki, klubun Almaniyada fəaliyyəti ilk öncə ölkəmizin təbiğatı baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, düşünürəm ki, ilk mərhələdə klubun akademiya kimi fəaliyyət göstərərək futbolçu yetişdirməsi və hələlik aşağı yaş qruplarında çıxış etməsi daha uyğundur. Eyni zamanda klubun biznes strukturu kimi formlaşması vacib şərtdir”.
Əli Zülfüqaroğlu onu da əlavə edib ki, “AZE Nakhchivan SK” (Köln) Furbol Klubu inkişaf edərsə və Almaniyada öz yerini tutarsa bu Azərbaycan futboluna ciddi töhfələr verə bilər:
“Çünki gələcək perspektiv üçün azərbaycanlı istedadlı uşaqların Almaniyada yetişdirilməsi və alman klublarında, eləcə də Avropanın digər klublarında oynaması qarşıya qoyulan əsas vəzifələrdəndir. Biz bunu həyata keçirə bilsək bir müddət sonra güclü Azərbaycan yığmasının formalaşmasında rol oynaya bilərik”.
Qeyd edək ki, "AZE Nakhchivan SK" klubu 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edilib.
Xəbəri paylaş
4868 dəfə oxunub.
Digər xəbərlər

8-10-2020, 13:17
Ərdoğan: Bu, ermənilərin çarəsizliyidir
24-10-2015, 14:54
Hollivudun məşhur vizajisti öldü
28-09-2016, 11:52
Uşaqlar üçün sevgi nədir? - MÖHTƏŞƏM CAVABLAR
15-07-2017, 18:07
Biznesmenin Naza hədiyyə etdiyi lüks avtomobillər - VİDEO
2-12-2017, 12:40
Dəm qazı arzularını yarımçıq qoyan qızın son görüntüləri - FOTOLAR
29-10-2023, 11:54
Azərbaycanda DƏHŞƏT: 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi
30-04-2016, 14:29
Bu hərəkətinə görə avtobusda qadınlar tərəfindən döyüldü - VİDEO
11-09-2017, 14:44
Səhnəyə çıxmazdan əvvəl atasının ölüm xəbərini aldı - FOTO
22-10-2017, 17:36
Azərbaycanda yaşı 100-ü keçən qadınlar kişilərdən 6 dəfə çoxdur - RƏSMİ