"Hafiz Məmmədov mənim generalımdır" deyən məşqçi bu dəfə tənqid etdi
Tarix: 11-11-2019 | Saat: 15:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Müsahibə | çapa göndər
"Hafka" ləqəbli Hafiz Məmmədovun rəhbəri olduğu, hazırda fəliyyətini dayandırmış “Bakı” klubunun sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqası ilə bağlı açıqlama verib.
"Xeberaz.Az" xəbər verir ki, Rusiyanın “İzevstiya” nəşrinə danışan serbiyalı mütəxəssis, çempionatda inkişafın olmadığını bildirib:
“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır. Mən orda çalışanda, əsas liqada 10 komanda var idi. İndi isə 8 komanda qalıb ki, bu da çox azdır. Mən orda işləyəndə güclü legionerlər var idi, indi demək olar ki, onlar qalmayıblar. Bundan başqa, çempionatda rəqabət də yoxdur. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. “Qarabağ” digər komandalardan bir neçə dəfə üstündür. Mövsüm başlamazdan əvvəl “Qarabağ”ın çempion olacağını əminliklə demək olar. Hətta “Neftçi”nin də liderlə rəqabət aparmaq imkanı yoxdur”.
53 yaşlı mütəxəssis 2013-2014-cü illər mövsümündə “Bakı”nın “sükanı arxasında” olub.
Xatırladaq ki, “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç 2016-cı ildə verdiyi müsahibəsində "Hafka" haqqında bu sözləri demişdi:
"Hafiz Məmmədovla mənim aramda çox yaxşı dostluq münasibəti var, biz dostuq. Dost da həmişə dar gündə tanınar. Mən “əsgər”əm, Hafiz Məmmədov da mənim “general”ım".
Xəbəri paylaş
5318 dəfə oxunub.
Digər xəbərlər

30-04-2016, 12:40
“Koroğlu“da avtobusların dayanacağı dəyişdirildi
28-04-2016, 11:59
"Ermənistan kasetli mərmilərdən istifadə edərək kütləvi qırğın yaradır"
2-12-2016, 20:45
Güclü külək 50 yaşayış məntəqəsini işıqsız qoydu - Lerikdə
5-07-2023, 19:10
"Bunu anama, övladıma hiss etdirmirəm"
27-11-2016, 11:09
İlham Əliyev rusiyalı nazirlə görüşdü - Foto
2-10-2015, 15:32
Mikayılın verilişi bağlanır? - Açıqlama
1-07-2015, 19:13
Qızını zorlayan ataya ağır cəza verildi
19-04-2015, 01:37
Ruh ilə bədən arasındakı əlaqə necədir?
4-11-2016, 12:10
Bakının məşhur "Aeroport sumkası" necə dünya brendi oldu? - FOTO
25-11-2022, 10:51
QURANda adı çəkilən meyvənin 10 İNANILMAZ FAYDASI