Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ Türkiyədən 50 nüvə bombasını çıxarır
Tarix: 27-10-2019 | Saat: 12:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Dünya | çapa göndər

ABŞ Türkiyədən 50 nüvə bombasını çıxarır
Türkiyə Suriyada ABŞ-ın müttəfiqi olan kürd terrorçularına qarşı hərbi əməliyyatlar keçirir. Vaşinqton tərəfindən etirazla qarşılanan bu əməliyyat ABŞ-Türkiyə münasibətlərini xeyli gərginləşdirib. Artıq Pentaqon rəsmiləri ABŞ-ın Türkiyədəki hava bazasında saxlanılan 50 nüvə bombasını çıxarmaq planlarını nəzərdən keçirirlər.
"Xeberaz.Az" xəbər verir  ki, ABŞ Konqresi Pentaqona göstəriş verib ki, hazırda İncirlik Hərbi-Hava Bazasında olan "hərbi kontingentin və silahın" Türkiyədən çıxarılması və həmin bazanın qonşu ölkələrdən birinə köçürülməsi istiqamətində müvafiq addımlar atılsın. Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan prezident Donald Tramp silahların etibarlı əllərdə olduğuna dair amerikalılara zəmanət vermək məcburiyyətində qalıb.
"Soyuq müharibə" illərində ABŞ digər NATO ölkələrində olduğu kimi, Türkiyədə də "B-61" nüvə bombası yerləşdirib. 50 bomba hələ də Türkiyənin cənubundakı İncirlik Hərbi-Hava Bazasında qalıb. Belçika, Almaniya, İtaliya və Hollandiyada da bu tip bombalar az sayda da olsa, qalmaqdadır.
"Soyuq müharibə" başa çatdıqdan sonra ABŞ nüvə bombalarını NATO ölkələrindən çıxarmağa başladı və 2000-ci ildən bu yana Türkiyədən də 40 bomba çıxarılıb.



3338 dəfə oxunub.

Digər xəbərlər
2-06-2015, 14:19 DOLLAR UCUZLAŞIR

bütün xəbərlər
____ Instagram ___