Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Emin və azərbaycanlı məşhurlardan “Azərbaycan-101” layihəsi - VİDEO
Tarix: 20-10-2019 | Saat: 12:22
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Şou-Biznes / M2 / Ekskluziv | çapa göndər

Emin və azərbaycanlı məşhurlardan “Azərbaycan-101” layihəsi -VİDEO

Xalq artisti Emin Ağalarovun prodüserliyi ilə lentə alınan “Azərbaycan” adlı mahnının klipi təqdim edilib.
"Xeberaz.az" xəbər verir ki, bəstənin sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur. Mahnının musiqisini Ruslan Ağababayev yazıb.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında çəkilən ekran işinin rejissorluğu Emin Muradova həvalə edilib.
Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilən mahnını Eminlə yanaşı Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Fauq Ağayev, Əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, Sevda Ələkbərzadə, Manana, Abbas Bağırov, müğənnilər Səmra Rəhimli, Xəyyam Nisanov, Elnur Hüseynov və başqaları oxuyublar.
Ağalarov “Bir daha bütün həmvətənlərimi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm! Harada olsaq da, həmişə Vətənimizi, evimizi, yaxınlarımızı, uşaqlığımızı, doğma torpaqlarımızı düşünür və xatırlayırıq... Azərbaycan, hamımızı birləşdirdiyin üçün çox sağ ol! Bu il Cümhuriyyətin 101 yaşı tamam olur! Biz səmimi qəlbdən və ən isti duyğularla bu musiqi hədiyyəsini hazırladıq. Bu layihədə iştirak edənlərin hamısına təşəkkür edirəm” deyə, layihə haqda söyləyib.




Xəbəri paylaş

8828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___