Kişi qadın tanışını diri-diri yandırdı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT
Tarix: 14-09-2019 | Saat: 12:37
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Bakıda qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Qabil Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Xeberaz.Az" olke.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bəxtiyar Məmmədovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il fevral ayında Nobel prospektindəki evlərdən birində baş verib. Məlumata görə, 33 yaşlı Qabil Tağıyev 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub.
Xoşbəxtlikdən qadının köməyinə yetişiblər və onu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasına çatdırıblar. Qadının başı, boynu və əlləri yanıb.
Hadisə yerindən qaçan Qabil Tağıyev isə bir gün sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı onun zərərçəkmişin dostu olduğu, tüfeyli həyat tərzi keçirdiyi və cinayət baş verən zaman hər iki şəxsin sərxoş olduğu məlum olub.
Qabil Tağıyevə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.
Xəbəri paylaş
6878 dəfə oxunub.
Digər xəbərlər

3-04-2017, 19:08
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
20-12-2017, 16:33
Azərbaycanda oğlanlar evlənməyə qız tapa bilməyəcək - Ekspertdən SOS
1-08-2016, 15:54
WhatsApp istifadəçilərinə BƏD XƏBƏR - FOTO
5-10-2016, 21:07
Miqrantlar yük maşınında aclıqdan öldülər
13-11-2023, 10:14
Məktəblərdə neçə gün payız tətili olacaq? - Nazirlik açıqladı
24-08-2018, 11:29
Sərxan Kərəmoğlu xəstəxanalıq oldu: "... boğuluram"
25-08-2015, 19:13
Məhkəmə avtoritet söhbətinə görə gənci öldürənlərə rəhm etmədi – FOTO
17-02-2016, 18:51
Azərbaycanlı rəqqasə ad gününü saunada keçirdi (FOTO)