Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində - FOTOLAR
Tarix: 18-08-2019 | Saat: 09:59
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Reportaj | çapa göndər

Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində -FOTOLAR
Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.
"Xeberaz.Az" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə hamı tərəfindən sevilən, görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqamayevin zəngin yaradıcılığından bəhs edərək deyib: "Təəssüf ki, Müslüm Maqomayev aramızdan çox tez getdi. O, nadir şəxsiyyət idi. Onun bariton səsi dünyada ən nadir səslərdən biridir".
Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək Azərbaycanda Müslüm Maqomayevin xatirəsinin daim əziz tutulduğunu, onu dərin məhəbbətlə anıldığını bildirib. O, bu sevginin gənc nəslə də ötürüldüyünü vurğulayıb və bundan hədsiz fərəh hissi keçirdiyini söyləyib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd edib ki, illər ötdükcə Müslüm Maqomayevi daha yaxşı anlayır və yaradıcılığını daha yaxşı qiymətləndirirsən. "O, hədsiz dərəcədə xeyirxah insan, böyük şəxsiyyət, incəqəlbli, səxavətli idi. Hətta onun barəsində keçmiş zamanda danışmaq istəmirsən, çünki o, indi də yaşayır. O, bu gün də bizimlədir",- deyə Leyla Əliyeva vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayev aramızdan getsə də, nəfəsi duyulur. O, arxasınca böyük müğənni ordusu aparır, bir növ onlara yol göstərir. Müslümün səviyyəsinə çatmaq çox çətindir.
Xalq artisti, kinorejissor Eldar Quliyev görkəmli müğənninin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Müslüm Maqomayevin adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. Onun doğum günü bir çox ölkələrdə qeyd edilir.


  • Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində -FOTOLAR
  • Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində -FOTOLAR
  • Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində -FOTOLAR
  • Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində -FOTOLAR





Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___