Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının mərkəzində “ölüm divarları”: aşsa, faciə qaçılmaz olacaq - FOTO
Tarix: 07-08-2019 | Saat: 23:10
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər

Bakının Nəsimi rayonunda, Azadlıq prospekti 46-48-də aparılan söküntü işləri sakinlərin narazılığına səbəb olub. 
"Xeberaz.Az"  xəbər verir ki, buna səbəb dördmərtəbəli binanın söküntüsü zamanı təhlükəsizlik tədbirlərinin görülməməsidir. 
Sakinlərin sözlərinə görə, sökülən binanın ətrafında təhlükəsizlik üçün sədd çəkilməyib. Onlar qeyd edib ki, binanın divarının uçacağı təqdirdə bədbəxt hadisələr qaçılmazdır. 
Əhali küləkli havada həmin binanın yaxınlığından keçməyin daha da təhlükəli olduğunu, daş parçalarının yola düşdüyünü bildiriblər. 
Məsələni dəqiqləşdirmək üçün deyilən əraziyə yollandıq. Həqiqətən də, göründüyü kimi, binada söküntü işlərinin aparılmasına baxmayaraq, kənarlarda təhlükəsizlik üçün yalnız lent çəkilib. Bəzi vətəndaşlar da lentin kənarında avtomobil yoluna çıxaraq, hərəkətlərini davam etdirirlər. 
Yerli sakinlər əlavə ediblər ki, bəzi insanlar hətta həmin lentləri adlayıb, söküntünün getdiyi binanın yaxınlığından keçirlər. Yaxınlıqdan avtomobil yolunun keçməsi isə təhlükəni ikiqat artırır. 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq. 


















Xəbəri paylaş

5058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___