Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MUSTAFAOĞULLARI MMC - ona ziyan vuran işçinin səhvini belə bağışlayaraq maaşını tam hesablayıb ödədi
Tarix: 18-05-2022 | Saat: 21:57
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Reportaj | çapa göndər

Növbəti media araşdırmasında maraq, təəccübdoğuran hallar ortaya çıxdı.Belə ki, 29 aprel 2022ci ildə Xəbəraz.az-ın redaksiyasına müraciət ünvanlayan vətəndaş Axundov Elxan Natiq oğlu ərizəsində və videomüsahibəsində açıqlama verərək bildirmişdir ki, onun əmək haqqısını "Mustafaoğulları" MMC qeyri-düzgün əmək haqqı vermişdir. Tərəfimizdən aparılan növbəti araşdırmada müəyyən edildi ki, şirkət, Elxan Axundovun Gəncə şəhərindəki satış məntəqəsinə taksi sürücüsü vasitəsilə dəyəri   1450 AZN       manat olan müxtəlif ətirləri qablaşdırılmış formada ona vermiş, sonuncu, yəni taksi sürücüsü həmin əmtəəni yolda itirməyi əsas gətirərək Elxana bildirmiş, nəticədə Şirkət ziyan içində qalmışdır.
Bundan, yəni ,maaşından bu məbləğin hissə- hissə tutulmasını hiss etdiyindən çıxış yolunu mediaya şirkət barəsimdə guya əmək hüquqlarının pozulması barədə şikayət etməkdə görmüşdür.
Və beləliklə də KİV haqqında Qanununun tələblərinə müvafiq olaraq tərəfimizdən aparılan media araşdırması olaraq biz şirkətə yenidən müraciət etdik, şirkət rəhbərliyi bizə təqdim edən müvafiq sənədlərdən də göründü ki, yenidən bu mübahisəli məsələni müzakirə etmək üçün şikayətçi yenidən ofisə dəvət   olunmuş, alqı satqı, təhvil təslim sənədləri yoxlanıldıqdan sonra ona sosial durumunun aşağı olduğu nəzərə alınaraq humanizm prinsiplərinə söykənərək şirkət rəhbərliyi Rəfael Mustafayev şikayətçi, daha dəqiq şirkətə vəzifə öhdəliyini lazımi formada həyata keçirə bilməyərək səhvə yol verən işçi Axundov Elxan Natiq oğluna yol vermiş olduğu nöqsanlar bir daha xatırlanmaqla bərabər ona verilməli olan son haqq hesab məbləğini tam olaraq ödəmiş, Axundov Elxan Natiq oğlu da almış olduğu son haaq hesab məbləği ilə razılaşaraq Şirkətin baş ofisində ərizə- izahat yazaraq şikayətçi olmadığını bildirmişdir.
Bundan başqa Redaksiyamıza həmin şikayətçinin videomüsahibəsinin yayılmasını görüb komentariya bölməsinə fikir bildirən Abasov Cəfər  Rahib oğlu guya onun da əmək hüquqlarının pozulması barədə həmçinin əmək kitabçasına da Əmək Məcəlləsinin 70 ci maddəsinin C bəndi ilə işdən qovulmasını bildirərək kömək istəmiş, tərəfimizdən onun da barəsində media araşdırmasından bəlli oldu ki, yüksək şəkr endokrinoloji xəstə olduğunu bildiyi halda Abasov Cəfər Rahib oğlu bunu işə qəbul olarkən vacib olan 21 saylı Şəhər Poliklinikasının komissiyasına bildirmədən natamam şəkildə Sağlamlıq arayışını gətirib şirkətə təqdim etmiş, daha sonra satış həyata keçirdiyi dükandan daxili əmək intizamı qaydalarını riayət etməzliyi üzündən şirkət rəsmiləri tərəfindən iş yerini tərk etmə tapşırığına  tabe olmayaraq özünü  yerə yıxmış, daha sonra rəhbərliyin bu narədə ofisə gəlib izahat yazmaq tapşırığına məhəl qoymayaraq hətta müdiriyyəti olan Rəfael Mustafayevi təhqir etmiş, bu baxımdan da rəhbərlik onu etik  davranış qaydalarına da  riayət etmədiyinə görə ƏM-nin 70-C bəndi ilə rəsmi olaraq  işdən  azad edilmişdir.
Qeyd edərək onu da bir daha obyektiv olaraq qeyd edək ki, həqiqətən də ölkəmizdə müxtəlif sahibkarlıq fəaliyyətini həyata keçirən şirkətlərdən biri olan Mustafaoğulları MMC rəhbərliyinin ,çalışdırdığı işçilərin yol verdiyi nöqsanlara da azərbaycançılıq kriteriyasına əməl edərək böyük güzəştə gedərək fəaliyyəti, həqiqətən də alqışa və təqdirəlayiq hesab edilməlidir. 

Xəbəraz.az


Xəbəri paylaş

8208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___