Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Sədərək”də təzə soyğunçuluq: Qədiməliyev sürücülərdən iki dəfə pul yığır – FOTO
Tarix: 27-04-2021 | Saat: 01:04
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər

“Sədərək”də təzə soyğunçuluq: Qədiməliyev sürücülərdən iki dəfə pul yığır – FOTO


Pandemiya səbəbindən ölkədə iri ticarət mərkəzlərinin fəaliyyəti rəsmi şəkildə dayandırılsa da, Bakıda yerləşən “Sədərək” ticarət mərkəzi hələ də işləyir.
TİA.Az-ın müxbirinin verdiyi xəbərə görə, yarmarkanın rəhbəri Yusif Qədiməliyev qanunları tapdalayaraq, Nazirlər Kabinetinin qərarına zidd gedərək “Sədərək” bazarını bağlamayıb, iş davam edir.
Ticarət mərkəzində əvvəlki qədər izdiham olmasa da, əksər obyektlər açıqdır, adda-budda müştəriləri gözləyirlər.
Karantin qaydalarını pozan Y.Qədiməliyevin bu özbaşınalığı bir yana, “Sədərək”ə gələn avtomobillərdən indi iki dəfə pul tələb edir.
Məlumdur ki, bazardan çıxanda sürücülər kassirlərə 50 qəpik ödəniş etdikdən sonra şlaqbaumlar qalxır, maşınlar gedirlər. Bu pul yığımının qanunsuz olduğu dəfələrlə deyilib, bu öz yerində…
Çünki ticarət mərkəzinə gələn avtomobillər niyə parklanma üçün ödəniş etməlidirlər və gündəlik bazara gələn minlərlə maşından alınan vəsaitlərin hara getdiyi, vergidən necə yayındırıldığı bəlli deyil.
Əməkdaşımız bildirir ki, indisə bazarın bir neçə ərazisində də ayrıca parklanma “xidməti” açılıb, əlavə pul yığırlar.
Məsələn, “Sədərək”də yerləşən “Elit” ticarət dükanlarının qarşısında sürücülərdən əlavə haqq istənilir. Halbuki, bazarın ərazisidir və buradan kənara çıxılmır.
Y.Qədiməliyevin qoçuları həmin yerdə maşın saxlayan avtomobillərdən bir pul alırlar, bazardan çıxanda kassaya isə ənənəvi olaraq 50 qəpik ödənilir. Bu cür özbaşınalıqlara bazarın bir neçə yerində yol verilir.
Nəticədə sürücülərlə “parkovşik”lər arasında mübahisə yaranır. Pulyığanlar deyirlər ki, bu yer xüsusi özəlləşdirilib, maşın saxlamaq istəyən əlavə ödəniş etməlidir. Göründüyü kimi, “Sədərək” bazarının sahibi vətəndaşları dolamaqla, soymaqla, qanunlara tüpürməklə məşğuldur.
TİA.AZ


Xəbəri paylaş

8098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___