İlham Əliyev Türkmənistanın yeni Prezidentini təbrik etdi
Tarix: 15-03-2022 | Saat: 18:55
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Təbriklər | çapa göndər
226
Prezident İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib.
"Xeberaz.Az" xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın Prezidenti vəzifəsinə keçirilmiş seçkilərdə qazandığınız qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan Respublikası tarixi, dini və mədəni köklərlə bağlı olduğu qardaş Türkmənistan ilə ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İkitərəfli münasibətlərdə mövcud olan yüksək səviyyəli siyasi dialoq, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə inkişaf edərək ölkələrimizin rifahına xidmət edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkmənistanın firavanlığı naminə qarşıdakı ali dövlətçilik fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

27-11-2017, 09:55
Marketlərdə yenə bahalaşma başladı
21-03-2015, 14:10
Paltara görə rəng dəyişdirən ayaqqabı gəlir - FOTO - FOTOLAR
21-09-2020, 00:54
Şəmkirdə erməni PUA-sı belə vuruldu - Video
5-02-2016, 18:58
Ramil Usubov bu bölgələrdə sakinlərlı görüşəcək
18-07-2016, 19:12
Leyla Əliyevanın kitabı artıq SATIŞDA - FOTO
30-09-2018, 14:23
Bu axşam "Qum Saatı" yeni mövsüm də
10-06-2017, 13:10
İlham Əliyev: "Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir"
9-04-2016, 15:37
Hərbçilərin meyitlərinin döyüş meydanından çıxarılması üzrə növbəti əməliyyat keçiriləcək
12-07-2017, 14:17
Leonid Yakuboviç Bakıda "Qarabağ"a azarkeşlik etdi