Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Suriyada gərginliyin artmasında Rusiyanı günahlandırması axmaqlıqdır"
Tarix: 07-02-2016 | Saat: 18:10
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

 "Suriyada gərginliyin artmasında Rusiyanı günahlandırması axmaqlıqdır"
Rusiya Müdafiə Nazirliyi NATObaş katibi Yens Stoltenberqin “Rusiya Hərbi Kosmik Qüvvələrinin (HKQ) Suriyadakı əməliyyatları münaqişənin sülh yolu ilə həllinə maneə və regionda gərginliyin artmasına gətirib çıxarır" bəyanatını şərh edib.

APA-nın Moskva müxbirininin məlumatına görə, nazirliyin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov NATO baş katibinə Rusiya HKQ-nin keçirdiyi əməliyyatların Suriyadakı böhranın mənbəyi olmadığını xatırladıb: "Suriyadakı böhranın mənbəyi Yaxın Şərq regionunu xaosa çevirən NATO ölkələrinin ağıllı məntiqə əks olan fəaliyyətidir. Bundan başqa, Suriyada Rusiya aviasiyasının peyda olmasına qədər məhz NATO ölkələri təxminən 3 il orada beynəlxalq terrorçuluğu “məhv etmək əməliyyatı” keçirib.

Rusiya Hərbi Kosmik Qüvvələrinin fəaliyyəti sayəsində isə bir neçə ay ərzində suriyalılar ölkələrində olan beynəlxalq terrorçuluqla mübarizə aparmağın mümkünlüyünə inandılar, nəticədə Suriyanın gələcəyi haqqında fikirləşməyə başladılar. O ki qaldı Stoltenberqin "regionda gərginliyin artmasının səbəbi Rusiyanın Suriyadakı mövcudluğudur" əsaslandırmasına, bu, axmaqlıqdır. Bu gün Rusiya aviasiyasınınSuriyadakı fəaliyyətindən yalnız terrorçular narahat və gərgindirlər. Biz bu haqda maksimal olaraq açıq danışırıq və bütün dünyaya əməliyyatlarımız başlayandan bütün məlumatları açıqlayırıq. "Niyə terrorçularla birlikdəNATO ölkələri də gərginlik keçirir" sualını isə Stoltenberqə özünə ünvanlamaq lazımdır".

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenber Amsterdamda Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə RusiyanınSuriyada atdığı addımların beynəlxalq aləmin münaqişənin siyasi həllinə yönəlmiş səylərinə zərbə vurduğunu söyləyib. O, Moskvanın addımlarınınSuriyadakı münaqişənin siyasi yolla həllinə yönəlmiş səylərə zərər verdiyini də qeyd edib.


Xəbəri paylaş

5378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___