Prezidentlərin Qarabağ görüşündə nələr danışıldı?
Tarix: 20-12-2015 | Saat: 16:27
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
ATƏT-in Minsk qrupunun həmsədrləri İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanat yayıblar.
Xeberaz.az-in məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər. Bəyanata əsasən, prezidentlərin görüşü zamanı təmas xəttindəki gənginlik barədə fikirlərini bildiriblər:
"Prezidentlər həmsədrlərin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının azaldılması tədbirləri ilə bağlı təklifləri və araşdırma mexanizmini dəstəkləyiblər. Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazır olduqlarını bildiriblər. Prezidentlər həmçinin Minsk qrupu formatına inamlarını təsdiq ediblər", - deyə bəyanatda qeyd edilir.
Hər iki dövlət başçısı təmas xəttindəki son zorakılıq halların müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər.
Həmsədrlər qeyd edib ki, əvvəlki kimi danışıqların sülh yolu ilə həlli istiqamətində davamı üçün tərəflərlə işləməyə hazırdırlar.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

12-03-2015, 20:17
Günay Gürcüstandan qayıtdı
12-10-2015, 13:22
Novxanıda oğlan bıçaqlayan qız yaxalandı
25-11-2015, 17:55
Xalq artisti Türkiyəyə müayinəyə yollandı
16-11-2018, 14:33
Pensiyaya çıxanlara SMS-lə məlumat veriləcək
17-06-2017, 13:16
Seyid vəsiqəsindən başqa "Ətağa" diplomu da verilir - FOTO
24-01-2017, 10:57
Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi VAXT bilindi
29-04-2016, 12:13
Nazirlik 300 nəfəri işlə təmin edib
26-12-2015, 17:03
Bakıda piyadanı vurub öldürdülər