Prezidentlərin Qarabağ görüşündə nələr danışıldı?
Tarix: 20-12-2015 | Saat: 16:27
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
ATƏT-in Minsk qrupunun həmsədrləri İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanat yayıblar.
Xeberaz.az-in məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər. Bəyanata əsasən, prezidentlərin görüşü zamanı təmas xəttindəki gənginlik barədə fikirlərini bildiriblər:
"Prezidentlər həmsədrlərin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının azaldılması tədbirləri ilə bağlı təklifləri və araşdırma mexanizmini dəstəkləyiblər. Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazır olduqlarını bildiriblər. Prezidentlər həmçinin Minsk qrupu formatına inamlarını təsdiq ediblər", - deyə bəyanatda qeyd edilir.
Hər iki dövlət başçısı təmas xəttindəki son zorakılıq halların müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər.
Həmsədrlər qeyd edib ki, əvvəlki kimi danışıqların sülh yolu ilə həlli istiqamətində davamı üçün tərəflərlə işləməyə hazırdırlar.
Xəbəri paylaş
6978 dəfə oxunub.
Digər xəbərlər

2-06-2022, 11:06
Bakıda sığınacaqda uşaqlara aylarla İŞGƏNCƏ VERİLİB - RƏSMİ
26-08-2015, 15:12
Azərbaycanın dövlət orqanından “Whatsapp” istifadəçilərinə müraciət
11-12-2015, 17:24
Qərb universitetinin tələbələri NİİM-də – FOTO
21-04-2017, 15:17
2 qonşusunu öldürən azərbaycanlı məşhur həbsxanada evləndi (VİDEO)
16-12-2015, 12:19
Bakıda tələbə qız intihar etdi
28-06-2017, 16:21
İran Qətərə görə müraciət etdi: "Böhran davam etsə…"
30-11-2022, 12:20
Xəlil Göyüşovun «Körpü-Bina-Tikinti» MMC-si 8 milyonluq tenderin necə qalibi oldu? - MÜƏMMALI GƏLİŞMƏ