Ana Sayfa > M / Karusel / Siyasət > Prezidentlərin Qarabağ görüşündə nələr danışıldı?

Prezidentlərin Qarabağ görüşündə nələr danışıldı?


20-12-2015, 16:27. Yazar: Xeberaz
Prezidentlərin Qarabağ görüşündə nələr danışıldı?


ATƏT-in Minsk qrupunun həmsədrləri İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanat yayıblar.

Xeberaz.az-in məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər. Bəyanata əsasən, prezidentlərin görüşü zamanı təmas xəttindəki gənginlik barədə fikirlərini bildiriblər:

"Prezidentlər həmsədrlərin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının azaldılması tədbirləri ilə bağlı təklifləri və araşdırma mexanizmini dəstəkləyiblər. Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazır olduqlarını bildiriblər. Prezidentlər həmçinin Minsk qrupu formatına inamlarını təsdiq ediblər", - deyə bəyanatda qeyd edilir.

Hər iki dövlət başçısı təmas xəttindəki son zorakılıq halların müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər.


Həmsədrlər qeyd edib ki, əvvəlki kimi danışıqların sülh yolu ilə həlli istiqamətində davamı üçün tərəflərlə işləməyə hazırdırlar.
Geri dön