Azərbaycanda tələbə və işçilərin bilik səviyyəsini yoxlamaq üçün İT məhsulu hazırlanıb.
Tarix: 03-07-2015 | Saat: 02:45
Bölmə:M / Karusel / M2 / Foto-fakt | çapa göndər
Xeberaz.az -ın ıctnews.az-a istinadən məlumatına görə, sırf Azərbaycan məhsulu olan “QuizMindUp.com” proqram təminatı hər bir insana vaxt itirmədən bilik səviyyəsini müəyyənləşdirməyə imkan verir.
Qeyd edək ki, ilkin versiyası Azərbaycan proqramçıları tərəfindən hələ 7 il əvvəl hazırlanan və dünyanın bir çox ölkələrində (Türkiyə, Tacikistan, Çexiya, Sinqapur və s.) onlayn satışı həyata keçirilən bu proqram təminatı vaxta və əlavə xərclərə maksimum dərəcədə qənaət etmək üçün əlverişli vasitədir.
Sözügedən sistem “web” əsaslı olmaqla həm onlayn, həm də şirkətdaxili intranet vasitəsi ilə imtahanların, sorğuların keçirilməsi, tələbə və işçilərin qiymətləndirilməsi üçün nəzərdə tutulub.
“QuizMindUp.com”-dan daha çox təhsil sahəsində (özəl və dövlət tədris müəssisələrinin müəllim heyəti, imtahan inzibatçı və nəzarətçiləri), İnsan Resursları sahəsində çalışanlar (təlim menecerləri, tədqiqatçılar və s.) faydalana bilər.
Bu sistemi dünyada məşhurlaşdıran onun spesifik funksionallığı və üstünlükləridir. Belə ki, bu üstünlüklər sırasında personalın (işçi və tələbələr), təlim iştirakçılarının düzgün qiymətləndirilməsi və şəffaf imtahan prosesinin təşkilini, sistemin 6 dildə tətbiq edilmə imkanını (Azərbaycan, ingilis, rus, ispan, çex, türk), suallar bankının yaradılmasını (müxtəlif növ sual formalarının hazırlanması - test və açıq mətn suallar, şəkil, video və s.), nəticələrin təhlili üçün 25 növ analitik hesabatların təqdim edilməsini, tələbə/işçi tərəfindən apelyasiya (helpdesk) verilməsi və idarəedilməsini, məlumatların təhlükəsizliyini, sistemin mobil versiyasının mövcudluğunu, sorğularda istifadə olunacaq sualların daxil edilməsi və idarə edilməsi imkanını göstərmək olar.
Sistem haqqında ətraflı məlumatlar “http://www.quizmindup.com” səhifəsinə yerləşdirilib.
Bununla belə, sözügedən sistemlə əyani tanış olmaq üçün demo bölməsindən “http://demo.quizmindup.com/” linkinə daxil olaraq, qeydiyyatdan keçmək kifayətdir.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

18-06-2022, 12:18
Azərbaycanda bu şəxsi tapana 25 min AZN veriləcək -Məbləğ artırıldı
29-10-2015, 16:26
67 yaşlı cibgir qadın: Təkcə qadınlardan oğurluq etmişəm – VİDEO
26-08-2015, 00:02
"İşte benim stilim" verilişinin iştirakçıları bəllidir- VİDEO
26-07-2021, 12:16
Gürcüstana avtobusla gediş-gəliş açıla bilər - Diqqət!
2-04-2015, 19:00
Erməni idmançı Azərbaycan himnini belə dinlədi – VİDEO
6-03-2016, 11:27
İki yaşlı qız zəng edərək polisdən yardım istəyib
20-04-2016, 16:20
Rəmiş: "Şou aləmindəki kişilərdə qadınlaşma gedir"
2-08-2023, 12:05
Cavanşir Məmmədov Lalə Azərtaşdan GİLEYLƏNDİ: "Niyə şər atırsan?"