Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının mərkəzində peyda olan ilanları ora kimlər gətirib? - Serpentoloq açıqladı
Tarix: 05-07-2022 | Saat: 11:37
Bölmə:Karusel / Gündəm | çapa göndər


“Şəhərin mərkəzində görünən ilanlar bura hansısa yollarla gətirilib”.

Bu sözləri açıqlamasında AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan serpentoloq (ilan mütəxəssisi) Təvəkkül İsgəndərov bildirib.

Onun sözlərinə görə, şəhərin mərkəzi küçələri ilanların yaşaması üçün əlverişsizdir və burada heç bir sürünən təbii halda mövcud olmur:

“Ola bilsin ki, sürünənlər buraya, tikinti materialları daşıyan yük maşınları və sair vasitələrlə təsadüfi gəlib. Yaxud da kimlərsə bilərək gətirib. Bütün hallarda mərkəzi küçədə ilan olmağı normal hal deyil. Bulvarda görülən ilanlar isə təhlükəsizdir”.

Fəlsəfə doktoru onu da qeyd etdi ki, belə nadir hallarda görünən ilanlara qarşı Zoologiya institutu hər hansı qabaqlayıcı tədbir görmür. Bu işdə gərək vətəndaşlar özləri diqqətli olsunlar.




Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___