Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəmiş: "Şou aləmindəki kişilərdə qadınlaşma gedir"
Tarix: 20-04-2016 | Saat: 16:20
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Rəmiş: "Şou aləmindəki kişilərdə qadınlaşma gedir"

“Şou-biznesdə olan kişi müğənnilərin 99 faizi qadına oxşamaq istəyir, qadın ifaçıları isə özünə sponsor axtarır”.

Bu sözləri Lent.az-a xalq artisti, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) deyib. O bildirib ki, şou-biznesin hazırkı durumundan narazıdır: “Mən şou aləmində olan insan deyiləm. Amma bu aləm barədə ürəkaçan nəsə demək olmaz. Çünki şouda olan oğlanların çoxunda qadınlaşma gedir. Düzdür, aralarında yaxşıları da var. Sözüm bütöv şou-biznes əhlinə deyil. Üzlərini dartdırıb, qaşlarını alıb, səhnəyə çıxırlar. Dünən çıxan qadın müğənnisinin altında bahalı maşın, ev, daha nələr. Amma mən illərdir, gitara ifa edirəm, güclə nəsə edə bilirəm. Müğənni Emil Bədəlovun müsahibəsinə baxdım, ləzzət elədi. Dedi ki, şou-biznesdə bilinmir qadın kimdir, kişi kim. Emillə tanışlığım yoxdur, onun bu sözlərindən sonra gərək onunla dost olam”.


Qeyd edək ki, E.Bədəlov bir müddət öncə mətbuata müsahibəsində şou-biznesdə olan kişilər və qadınlar barədə bu sözləri demişdi: “Şou-biznesdə kişilər-arvada, arvadlar-kişiyə qarışıb. Bilinmir kişi kimdir, qadın kim. Kişi də çıxıb arvad kimi danışırsa, onun özü də elə arvaddır. Bir-iki müğənninin pis hərəki bizi də səviyyədən salır. Bir ara söz çıxdı ki, oxuyana qız vermirlər. Deyirlər, “Siz arvadağızsınız. Sizin üçün birinci sənətdir, ikinci ailə”. Amma elə müğənnilər var ki, gözəl ailə başçısıdır”.


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
24-04-2015, 00:58 Bir az da gulək VİDEO

bütün xəbərlər
____ Instagram ___