Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anası “Qızıl Məryəm”in qətlində təqsirləndirilən Günelin - Məhkəməsi başladı
Tarix: 16-09-2016 | Saat: 18:27
Bölmə:Karusel / Hadisə | çapa göndər

Anası “Qızıl Məryəm”in qətlində təqsirləndirilən Günelin - Məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anası “Qızıl Məryəm”i qətlə yetirməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və dostu Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası olub.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə prosesi sentyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, hadisədən iki gün sonra Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu rəsmi məlumat yayıb. Bildirilib ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.


Xəbəri paylaş

9708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___