Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan çətin vəziyyətə düşüb (VİDEO)
Tarix: 09-06-2015 | Saat: 23:04
Bölmə:M / Karusel / Siyasət / M2 / Xəbəraz TV | çapa göndər

Ərdoğan çətin vəziyyətə düşüb (VİDEO)
AKP koalisiya ortağı olsa da, olmasa da, Türkiyə bu il "isti bir yay"a girir
Türkiyədə parlament seçkilərindən iki gün keçsə də, səsvermənin nəticələri gündəmdədir. Təkbaşına hökumət qurmaq şansından məhrum olan hakim Ədalət və İnkişaf Partiyasının koalisiya yaratmaq cəhdləri də hələlik uğursuz görünür. Hakim partiyanın koalisiya üçün irəli sürdüyü şərtləri müxalifət partiyaları qəbul etmək istəmir.

Xeberaz.az Türkiyə bürosunun məlumatına görə, ilk dəfə olaraq parlamentdə 80 millət vəkili ilə təmsil olunacaq kürd yönumlu Xalq Demokratik Partiyasının qələbəsi artıq iki gündür ki, kürdlər tərəfindən bütün ölkə boyu təmtəraqlı şəkildə qeyd olunur.

HDP-dən parlamentə seçilən millət vəkilləri arasında namizədliyini İğdırdan verən Azərbaycan əsilli Qıznaz Türkeli də var: “Millət vəkili olaraq xalqımızı layiqincə təmsil edəcəyəm. Bizim bölgəmizdə yaşayan - azərilərin, kürdlərin, tərəkəmələrin, ahıskalıların, eləcə də burdakı bütün azlıqların təmsilçisiyəm”.

13 ildən sonra ilk dəfə olaraq təkbaşına iqtidar formalaşdırmaq şansını itirən və koalisiya hökuməti qurmaq zərurəti ilə müttəfiq axtarışına çıxan hakim partiyanın sədri Baş nazir Əhməd Davudoğlu ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında bu gün təkbətək görüş keçirilib.

Görüşün nəticələri açıqlanmasa da, ilkin məlumatlara görə, ölkə prezidenti artıq baş nazir Əhməd Davudoğluna yarım ay ərzində hökuməti formalaşdırmağı tapşırıb.

Büromuza verilən məlumata əsasən, AKP digər partiyalarla danışıqlarda 3 təməl şərtini irəli sürəcək.

Birincisi, koalisiyaya girəcək müxalifət partiyası “Paralel dövlət”lə mübarizəni dəstəkləməli. İkincisi, ölkənin təməl məsələsi olan çözüm sürəci, yəni kürdlərlə vəziyyətin yaxşılaşdırılması yüksək səviyyədə davam etdirilməli, və nəhayət ilk dəfə xalq səs verməsi yolu ilə seçilən prezident Rəcəb Tayyib Ərdoğanın idareetmə sistemi müzakirə belə olunmamalıdır.

Amma partiyalardan heç birinin bu şərtlər əsasında AKP ilə müttəfiqliyə razı olmayacağı və Türkiyənin üç aydan sonra təkrar seçkiyə gedəcəyi proqnozlaşdırılır. Koalisiyanın qurulması hələ ki qeyri-mümkün görünsə də, bu həftə sonundan etibarən Davudoğlu növbə ilə partiya liderləri ilə görüşlər keçirəcək.

AKP koalisiya ortağı olsa da, olmasa da, Türkiyə bu il isti bir yaya girir. Həm hökumətin kim tərəfindən qurulacağı, həm də AKP-nin yoluna necə davam edəcəyi məsələsi qabaqkı aylarda aydınlaşacaq.



Xəbəri paylaş

5948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___