Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məmmədyarovun getmə səbəbi: Bakı kursu tam dəyişdi
Tarix: 18-07-2020 | Saat: 08:48
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər


Bugünlərdə ictimaiyyətimizdə ən çox müzakirə olunan birinci məsələ Tovuz döyüşləridirsə, digəri də Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri Elmar Məmmədyarovun ötən gün vəzifədən uzaqlaşdırılmasıdır.
Bu sözləri  açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Elmar Məmmədyarovun niyə 16 ildən sonra, məhz ötən gün vəzifədən azad edilməsi haqda danışarkən deyib.
Politoloq bildirib ki, sabiq nazir Elmar Məmmədyarovun Dağlıq Qarabağla bağlı danışıqlar prosesində passiv qalması və heç bir ciddi nəticə əldə edə bilməməsi ictimaiyyətdə birmənalı qarşılanmırdı:
“Bildiyimiz kimi, beynəlxalq aləmdə, debatlarda Azərbaycanın ən sərt mövqeyini həmişə Prezident İlham Əliyev ortaya qoyub və qoyur. Məmmədyarov isə bir qədər zəif, susqun görünürdü. Hətta Ermənistan XİN rəhbərləri, rəsmiləri Qarabağla bağlı aqressiv fikirlər səsləndirəndə, “Qarabağ Ermənistandır” deyəndə belə Məmmədyarov susurdu. Təbii, bunu hamı kimi cənab Prezident də görürdü. Bəs niyə bu vaxta qədər onu əvəzləmirdi?
Bu, sosial şəbəkələrdə də çox ciddi şəkildə müzakirə olunur”.
Politoloq deyib ki, bunun iki əsas səbəbi var idi:
“Birincisi, bildiyimiz kimi, Azərbaycanda və ya Ermənistanda Xarici İşlər naziri dəyişəndə “taym-aut” götürülür. Tərəflər və vasitəçilər gözləyirlər ki, yeni nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyə qədər müzakirə olunan məsələləri, danışıqları öyrənsin, məxfi müzakirələrlə tanış olsun və yalnız sonra danışıqlar bərpa olunsun. Hətta bu fasiləni Minsk Qrupu özü elan edir. Prezident İlham Əliyev məhz bu fasilənin yaranmasını istəmirdi və bu səbəbdən Məmmədyarovu əvəz etməyə tələsmirdi. İkinci səbəb isə budur: E.Məmmədyarov nazir təyin ediləndə Azərbaycanın xarici siyasəti “müdafiə diplomatiyası” idi və Məmmədyarov bu diplomatiyanın nümayəndəsi olaraq o vəzifəyə təyin edilmişdi. ATƏT-in Minsk Qrupu da məhz bu “mülayim diplomatiya”nın davam etdirilməsinin zəruriliyində israr edirdi. Buna görə Prezident bir neçə il əvvəl “hücum diplomatiyası” kursunu elan edəndə də XİN-in “müdafiədə” oynamasına şərait yaratdı və E.Məmmədyarov vəzifəsini davam etdirə bildi. Çünki Minsk Qrupu bu danışıqlarda proqresin əldə olunacağını israrla bildirirdi”.
Aynur Camalqızı qeyd edib ki, İlham Əliyev “hücum diplomatiyası”nı həmişə özü aparıb və aparır, ATƏT-in Minsk Qrupunun arzuladığı mülayim siyasəti isə Elmar Məmmədyarova tapşırmışdı:
“Bəs niyə məhz dünən E.Məmmədyarovun illərdir etdiyi səhvlər xatırladıldı və Prezident dərhal sərəncam verərək, onu vəzifədən azad etdi?
Çünki artıq XİN-də qorunan “müdafiə diplomatiyası” erasını bitirdi. Bunun səbəbi isə Ermənistanın Tovuza hücum etməsidir. Belə deyək, Tovuz təxribatından sonra Prezident Xarici İşlər Nazirliyində yüksək səviyyədə kadr dəyişikliyi edərək, Ermənistanla “mülayim diplomatiya” xəttini birdəfəlik qapatdı və XİN-i bütünlüklə “hücum diplomatiyası” kursuna keçirdi.
Tovuz təxribatı bütövlükdə Ermənistan hakimiyyətinin mahiyyətini həm beynəlxalq qurumlara, həm Minsk Qrupu həmsədrlərinə, həm də KTMT üzvlərinə tam aşkarlığı ilə göstərmiş oldu. Təsadüfi deyil ki, Azərbaycana qarşı bu təxribatda Bakını onlarla dövlət açıq şəkildə müdafiə etsə də, Ermənistana hətta hərbi müttəfiqləri də dəstək vermədi. Məhz bu məqamda – bütün dünyanın Ermənistanın iç üzünü bir daha gördüyü anda, dövlətimiz bunu bütün dünyaya tam sübut edəndən sonra Prezident İlham Əliyev “müdafiə” diplomatiyasının “yeganə qalasını” da dağıtdı”.
Politoloq Xarici İşlər naziri vəzifəsinə bu qurumdan hansısa təcrübəli, peşəkar kadrın deyil, Ceyhun Bayramovun gətirilməsini də şərh edib:
“Müzakirə edilən məsələlərdən biri də Prezidentin XİN-də xeyli təcrübəli, peşəkar və savadlı kadrlar ola-ola bu sahədən uzaq bir şəxsi – Ceyhun Bayramovu nazir təyin etməsidir. C.Bayramovun XİN rəhbəri təyin edilməsinin iki mühüm səbəbi var: Birinci səbəbi odur ki, Prezident XİN-də radikal islahatların həyata keçirilməsini istəyir (XİN-də bir müddət öncə DTX-nin keçirdiyi əməliyyatı yada salın). Məhz bu səbəbdən dövlət başçısı yeni XİN rəhbərinin bu qurumda fəaliyyət göstərən bir şəxs olmasını istəmədi. İkinci və ən vacib səbəb isə budur ki, XİN-in öz içindən çıxan şəxslər indiyə qədər Dağlıq Qarabağla bağlı gedən danışıqlar və onların mahiyyətinə bu və digər formada bələddirlər. Ceyhun Bayramov isə bu sahədə məlumatlı deyil. Yəni İlham Əliyev Ceyhun Bayramovu bu vəzifəyə təyin etməklə mümkün danışıqların istiqamətini tamamilə dəyişdi. Artıq hansısa məqamda “birləşdirici COVİD-19 dəyəri” axtaran yox, Azərbaycanın mövqeyini sərt və qəti şəkildə ifadə edən nazir meydandadır”.
Politoloq C.Bayramovun təyinatından sonra erməni siyasilərinin təşvişinə də diqqət çəkib:
“Məmmədyarovdan fərqli olaraq, cəmi bircə gündür vəzifəyə təyin edilən Ceyhun Bayramova qarşı ermənilər tərəfdən ən sərt tənqidlər səsləndirilir. Bu o deməkdir ki, ermənilər özləri də prosesin hansı istiqamətdə dəyişdiyini artıq hiss ediblər”.


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___