İlham Əliyev: "Təhsilə lazımınca əhəmiyyət verilmədiyi yerdə..."
Tarix: 27-09-2016 | Saat: 23:19
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

"Beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə bildirib.
"Təhsilin səviyyəsi ilə bağlı məsələlər təhlükəsizliklə birbaşa bağlıdır. Çünki beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir. Bizə sovet keçmişindən miras qalmış üstünlüklərdən biri məhz təhsil və savaddır. Bizim ölkələrimizdə savadlılıq mütləq həddədir. Biz bu nailiyyəti qoruyub saxlayırıq və saxlamalıyıq. Ölkələrimizin vətəndaşları arasında, xüsusən gənclər arasında müxtəlif səviyyələrdə mövcud olan əlaqələr də təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm amildir. Ona görə ki, gənclər bir-birini tanıyacaq, bir-birinə qonaq gedəcək, ünsiyyət saxlayacaq, dostluq edəcək. Əlbəttə ki, bir-birini dost və tərəfdaş kimi qəbul edəcəklər. Odur ki, təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətin siyasətindən ayrı mümkün deyil. Biz Azərbaycanda məhz əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı həmrəyliyə, çoxkonfessiyalı dünyaya yönəlmiş ardıcıl siyasət yürüdürük və çoxmillətli dövlət olaraq öz ölkəmizin bütün vətəndaşları ilə fəxr edirik. Düşünürəm ki, bu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin həlli və ölkənin inkişafı baxımından Azərbaycanın uğurlu inkişafının başlıca təməlidir", - deyə dövlət başçısı bildirib.
Xəbəri paylaş
7018 dəfə oxunub.
Digər xəbərlər

15-02-2017, 19:55
“Mənə Cennifer Lopez deməsinlər"
6-03-2016, 14:57
Ermənilərlə çəkilən filmimizi Cəfər Cabbarlı niyə tənqid etmişdi?
22-05-2016, 19:53
PKK: “Təyyarələr başımızın üstünü alır”
4-01-2023, 11:47
Əhaliyə XƏBƏRDARLIQ - Yanvarın 4-dən 7-dək...
16-07-2019, 07:42
Şaurma reklamı qalmaqala səbəb oldu - Polisə şikayət edildi
2-11-2016, 18:47
Azərbaycanda daha bir ilk - Avtobuslar üçün ayrıca yol olacaq
4-03-2018, 13:44
“ASAN Xidmət” rüsumları açıqladı - Bütün xidmətlər və qiymətlər
18-05-2022, 10:58
Nanənin faydaları - sakitləşdirir, ağciyəri təmizləyir, təzyiqi salır...
1-02-2016, 19:10
Məscidlərdə kitabxanalar yaradılacaq
12-02-2019, 14:20
Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxsin kimliyi BƏLLİ OLDU