Məscidlərdə kitabxanalar yaradılacaq
Tarix: 01-02-2016 | Saat: 19:10
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər
“İnsanların biliklərini daha da təkmilləşdirəcəklərini düşünürük”.
Bakıdakı bəzi məscidlərdə kitabxanaların yaradılması istiqamətində işlər gedir.
Xəbəraz.az xəbər verir ki, bu barədə AzerTAc-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
Komitə sədrinin müavini deyib ki, bu layihə təkcə Bakıda deyil, ölkənin bütün məscidlərində həyata keçirilir. Ən yaxşı kitabxananın İsmayıllı şəhər Cümə məscidində yaradıldığını vurğulayan G.İsmayılov qeyd edib ki, bu işlər mütəmadi həyata keçirilir:
“Əslində bu, Prezident yanında Bilik Fondunun layihəsidir. Hazırda bir neçə bölgədəki məscidlərdə bu cür layihələr mövcuddur. Belə kitabxanalar artıq Bakıdakı məscidlərdə də yaradılır. Məsələn, Əjdərbəy məscidində, İçərişəhər “Cümə məscidi”ndə və Qaradağ rayonundakı “Müşfiq” məscidində yeni kitabxanalar qurulur”.
Sədr müavini layihənin məqsədini də açıqlayıb:
“Məscidlərdə kitablar həmişə olub. Amma yeni yaradılan kitabxanalar vasitəsilə biz məscidlərə gələn insanların dini kitablarla yanaşı, həm də dünyəvi ədəbiyyatları əldə edərək oxumasına çalışırıq. Bununla da insanların öz savadlarını, biliklərini daha da təkmilləşdirəcəklərini düşünürük”.
Xəbəri paylaş
6568 dəfə oxunub.
Digər xəbərlər

29-11-2020, 11:57
Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
25-09-2015, 12:34
Dəhşətli yol qəzası -Ölən var
15-08-2016, 10:25
"Bəxt üzüyünün" "Söylü"sünün bu gün 61 yaşı tamam olur
26-04-2016, 15:24
Sahibkarlar alıcıları da, vergini də aldadır
30-06-2016, 16:09
Tanınmış aparıcı avtomobil qəzası keçirdi
19-07-2015, 16:18
Lənkəranda intihara cəhd - Özünü quyuya atdı
12-12-2015, 20:57
Yağlı yeməklər beyin hüceyrələrini öldürür?
7-12-2015, 21:24
Operativ qərargah: Meyitləri tapılan neftçilər sabah torpağa tapşırılacaq, yanğın söndürülməyib
29-05-2017, 15:05
"Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır
26-05-2016, 22:31
Balotelli “Liverpul”a qayıdır