Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məmur xadiməni zorlamağa cəhd edib.Buna görədə minlərlə insan oteli yandırıb-FOTO
Tarix: 08-05-2015 | Saat: 14:57
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Məmur xadiməni zorlamağa cəhd edib.Buna görədə minlərlə insan oteli yandırıb-FOTO
Məmur xadiməni zorlamağa cəhd edib.

İranın Mahabad şəhərində minlərlə insan etiraz aksiyası keçirib və zorlanmaq təhlükəsi ilə üzləşmiş xadimənin özünü pəncərədən atıb öldürdüyü oteli yandırıblar.

Xeberaz.az RİA Novosti-yə istinadla xəbər verir. İnsident şəhərin yeganə 4 ulduzlu otelində bu bazar ertəsi baş verib.

Məlumata əsasən, həmin mehmanxanada 25 yaşlı xadiməni məmur zorlamağa cəhd edib. Məmur otel sahibinə bu cür xidmətə görə 5 ulduz verəcəyinə söz verib. Qız özünü dördüncü mərtəbədən atıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. Şəhərin meri Cəfər Katani zorlamağa cəhdin olduğu barədə xəbərləri təsdiq edib.

Şübhəli şəxs həbs olunub. Lakin buna baxmayaraq, otelin qarşısında dünən minlərlə insan toplaşıb. Müəyyən vaxtdan sonra otel yandırılıb.

Hüquq-mühafizə orqanlarının nümayəndələri etirazçıların qarşısını göz yaşardıcı qazla almağa çalışıblar. Bir neçə şəxs yaralanıb. Şəhər meri yerli sakinləri sakitliyə riayət etməyə və xadimənin dəqiq ölüm səbəbinin məlum olacağı ekspertizanın nəticələrini gözləməyə çağırıb.




Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
28-10-2017, 11:02 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___