Sabah hava küləkli olacaq, dağlıq rayonlara yağış yağacaq
Tarix: 27-05-2018 | Saat: 16:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 24-27° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti - şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək.
Mayın 28-də Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 8-13° isti, gündüz 27-32° isti olacaq. Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 12-17° isti, gündüz 23-28° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti təşkil edəcək.
Sabah Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti olacaq.
Mayın 28-də Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti təşkil edəcək.
Xəbəri paylaş
8638 dəfə oxunub.
Digər xəbərlər

9-11-2018, 15:19
Müdafiə Nazirliyindən MARAQLI ADDIM: Valideynlərə məktubu əvəzinə əsgər övladları gətirildi
7-12-2018, 12:16
Bakıda məktəbliləri daşıyan avtobus qəzaya uğradı - YARALILAR VAR
8-04-2019, 07:11
ABŞ-da polis əməkdaşını güllələdilər
25-12-2021, 11:50
Prezident İlham Əliyev: Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib, ancaq bilirəm ki, onun ruhu şaddır
17-02-2023, 12:53
Ürəyi və qaraciyəri qoruyur, qanı təmizləyir... – YEMƏKLƏRİNİZƏ SƏPİN
13-03-2017, 10:45
Tonqal tam sönənədək...- FHN-dən əhaliyə Novruz müraciəti
13-10-2017, 10:39
“Çelsi”nin aparıcı futbolçusu Bakıya gəlməyəcək
8-02-2017, 20:25
Ərəblərin Azərbaycandakı lüks istirahəti - VİDEO
27-04-2018, 15:13
Şimali və Cənubi Koreya liderləri tarixi bəyannamə İMZALADILAR