İngiltərənin İraq işğalı: Şok hesabat yayıldı
Tarix: 06-07-2016 | Saat: 20:56
Bölmə:Karusel / Siyasət | çapa göndər
2003-2009-cu illərdə Böyük Britaniyanın İraq müharibəsində iştirakını araşdıran Çilkot hesabatı açıqlanıb.
"Xəbəraz.az "xəbər verir ki, hesabatda İngiltərənin İraqı işğalının uğursuzluqla nəticələndiyi qeyd olunub.
İraq istintaqını aparan heyətin başçısı Con Çilkot çıxışında hərbi müdaxilə olmadan münaqişənin sülh yolu ilə həllini istisna etməyib:
“Böyük Britaniya İraqa daxil olana qədər bu ölkədəki münaqişə sülh yolu ilə həllini tapa bilərdi. 2009-cu ildə İraqdan çəkilən İngiltərə 179 əsgərini itirmişdi. 100 mindən çox İraqlının və təxminən 4 min 500 amerikalının həlak olduğu müharibədə İngiltərə Baş naziri Toni Bler İraq lideri Səddam Hüseynin yol açdığı təhdidlə bağlı ortaya dəlil qoya bilmədi. Nəticədə hərbi müdaxilə qeyri-dəqiq, təsdiqlənməyən məlumatlar əsasında baş verdi. Müdaxilə səhv addım idi və onun fəsadları indi də hiss olunur. İraqda insanlar tamamilə səhv istiqamətdə gedən bir hərbi müdaxilə səbəbindən böyük əziyyət çəkib”.
Qeyd edək ki, hedsabat 150 min sənədə əsaslanaraq hazırlanıb.
Bu arada hesabat ictimaiyyətə açıqlandıqdan sonra Britaniyanın paytaxtı Londonu etiraz dalğası bürüyüb. Aksiya iştirakçıları sabiq baş nazir Toni Blerin cəzalandırılmasını tələb edib.
Toni Bler isə açıqlamasında yol verdiyi səhvlərə görə, bütün məsuliyyəti daşımağa hazır olduğunu deyib.
“Mən heç bir bəhanə olmadan, istisnasız olaraq bütün səhvlərə görə, tam məsuliyyəti daşıyıram. İraqdakı əməliyyatda qurbanların olması ilə bağlı çox təəssüf etdiyimi və silahlı qüvvələrimizə dəstəyimi bildirirəm”, - Bler qeyd edib.
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

13-02-2017, 18:24
“Skype”da Sevgililər günü smaylları yaradıldı-FOTO
11-10-2018, 16:20
"Azərbaycanda meşələrə kameralar quraşdırılacaq" - Firdovsi Əliyev
9-11-2017, 11:01
Sumqayıtda FACİƏ: ata və qızı yaralandı - YENİLƏNİB - FOTO
16-05-2016, 17:00
Lavrov: “Minsk sazişi dalana dirənib”
12-06-2019, 19:16
DTX-nın tutduğu baş redaktora hökm oxundu
7-06-2017, 12:02
Azərbaycanlı bacılardan böyük uğur - Türkiyədə - FOTO
26-06-2015, 10:42
Bu maşının dünyada bənzəri yoxdur (FOTO, VİDEO)
13-06-2018, 19:59
DÇ-2018-in oyunları hansı kanalda yayımlanacaq?
22-09-2023, 20:35
Bir cümləyə görə ailəsinə faciə yaşadan ata: Şəmkirdə dəhşətli hadisə
6-11-2020, 10:22
Düşmən Tərtəri atəşə tutur - MN