Deputat “Azpetrol”un işçisini döyən idmançıdan - yazdı
Tarix: 27-01-2016 | Saat: 20:05
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Millət vəkili Adil Əliyev “Azpetrol” yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən qohumu İsa Əzizov haqda məlumat yayıb.
A. Əliyev qeyd edib ki, cinayət varsa, cəzası da olmalıdır: “Uzaq qohumumuz olan İsa Əzizovun və dostlarının yanacaqdoldurma məntəqələrindən birində zorakılıq halına yol verdiyi bildirilir. Biz uzaq qohum olaraq bu şəxsin əməllərinə cavabdeh deyilik. Onun ailəsinin böyüyü həmin şəxsi tənbeh etməlidir.
Təəssüf ki, bəzi saytlar məsələnin mahiyyətini kənara qoyaraq sanki əllərinə fürsət düşmüş kimi başlığa İsa Əzizovun bizimlə qohumluq əlaqlərini ön plana çəkirlər. İsa Əzizovun hərəkətində qanunsuzluq təsbit olunarsa, o da hamı kimi qanun qarşısında cavab verəcək. Bunun başqa alternativi yoxdur. Bəzi saytlarda yazıblar ki, guya adı çəkilən şəxs Kikboksinq Federasiyasının üzvüdür. Bu da kökündən yanlış xəbərdir, İsa Əzizovun yaxından, uzaqdan federasiyamıza aiddiyyatı yoxdur, yarışlarımızda iştirak etməyib. Onun hansı idman növüylə məşğul olması haqqında da məlumatım yoxdur.
Bir də ki, Kikboksinq Fefderasiyasının rəhbəri olaraq daima idmançılarımıza onu aşılayıram ki, rinqdən kənarda heç kimə qarşı güc nümayiş etdirmək olmaz, əks halda qanun qarşısında cavab verəcəksiniz. Sağ olsunlar, federasiyamızın idmançıları, heç zaman üzümüzü qara etməyiblər, qazandıqları ancaq medallardır ki, bayrağımızı ucaldırlar. Hər gün ölkədə nə qədər cinayət hadisəsi baş verir. Bu kimi cinayətlər də onlarından biridir. Hər kəs özünə və ailə üzvlərinin hərəkətlərinə cavabdehlik daşıyır. Mən düşünürəm ki, ictimaiyyət də bu fikrimlə razılaşar. Biz ailəliklə dövlətimizə bağlı qanunsevər insanlarıq, Bu həmişə belə olub və bundan sonra da belə olacaq. Buna kimsənin zərrə qədər də şübhəsi olmasın.
Sonda fikirlərimi bu sözlərlə bitirmək istəyirəm: Əllərində balta tutub gözləyən bəzi həmvətənlilərim öz pisliklərindən qalmırlarsa, biz niyə öz yaxşılıqlarımızdan qalmalıyıq”.“Qafqazinfo”
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

10-07-2023, 11:03
Ağcabədidə toyda 34 nəfər zəhərlənib - 11-i uşaq olub
6-04-2017, 17:47
Yumurtaların ucuzlaşması bizi "ölümə aparmır ki?" - VİDEO
28-01-2017, 13:01
Bəs siz hansı valideyn tipisiniz? - ÖZÜNÜZÜ TANIYIN
24-03-2015, 21:49
Borclarımız arta bilər
24-08-2021, 11:57
Ağstafanın başçısı Bakıda gün keçirir, şəhid bulağı isə…
3-05-2017, 13:07
İntensiv yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ
14-06-2018, 09:52
Bu gün 83 min məzun üçün son zəng çalınacaq
27-07-2016, 00:09
Şirvanda baş verən partlayışla bağlı Dövlət Komissiyası yaradıldı
24-10-2022, 10:16
Qış xəstəliklərinin təbii dərmanı - Kök suyunun möcüzəvi FAYDALARI