Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağstafanın başçısı Bakıda gün keçirir, şəhid bulağı isə…
Tarix: 24-08-2021 | Saat: 11:57
Bölmə:M / Karusel / Gündəm | çapa göndər






“Bir çoxları haqlı olaraq 44 günlük Vətən Müharibəsində şəhid olmuş, sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına və ailələrinə qarşı olan biganəlikdən şikayət edirlər.

Yerli icra hakimiyyətləri özlərini elə aparırlar ki, sanki onlara qayğı göstərmək onların borcu deyil, əksinə şəhid ailələri və müharibə veteranları onlardan xahiş etməli və yalvarmalıdırlar. Bircə faktı diqqətinizə çatdırım.
Ağstafa rayon icra başçısı, 36 yaşlı Seymur Orucov bir dəfə də olsun bu problemlərin həllində hansısa addım atmayıb. Böyük Kəsik kənd sakinləri öz hesablarına açdıqları şəhid bulağının açılışına qatılmağı belə özünə rəva bilməyib. Əvəzində həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır”.


Bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov yazıb.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində şücaət göstərib, şəhid olmuş, vəfatından sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş Azər Yusiflinin ailəsi hələ də Prezidentin Fərmanının icrasını gözləyir: “Artıq bir ilə yaxın vaxt keçsə də Qəhrəmanın adının əbədləşdirilməsini göstərən bir addım belə atılmayıb. Kənd orta məktəbinə şəhidin adının verilməsi, ona abidə qoyulması və s. məsələlər hələ də öz həllini gözləyir”.


Xəbəri paylaş

4398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___