Borclarımız arta bilər
Tarix: 24-03-2015 | Saat: 21:49
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xeberaz.az xəbər verir ki, "Azərbaycanda dövlət borcunun payının aşağı olması həmişə müsbət məqam kimi qeyd edilib. Hətta beynəlxalq təşkilatlar da bunu təqdir ediblər. Ancaq fevral devalvasiyası Azərbaycanın mövqeyini bu sahədə müəyyən qəhəmiyyətli dərəcədə pisləşdirəcək". Anspress-in məlumatına görə, bu barədə iqtisadçı Samir Əliyev bildirib.
Mütəxəssis hesab edir ki, xarici borcun ümum daxili məhsulda (ÜDM) payının artması baş verəcək: "Bir tərəfdən ÜDM-in dollar ifadəsində həcminin təxminən 34% azalması, digər tərəfdən dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ÜDM-in nominal həcminin azalacağı xarici dövlət borcunun payının artmasını şərtləndirəcək. Üstəgəl ilboyu kreditlərdən istifadə etdikcə dövlət borcunun da artması baş verəcək".
İqtisadçının fikrincə, ilin sonuna xarici borcun ÜDM-də payı 15-20% təşkil edəcək: "Bura dövlət şirkətlərinin, məsələn SOCAR-ın, dövlət zəmanəti ilə aldığı borcları da daxil etsək, onda borcun həcmi xeyli çox olar. Neftin qiymətindən asılı olaraq manatın mümkün ucuzlaşması dövlət borcunu artıracaq".
Qeyd edək ki, Maliyyə Nazirliyinin son məlumatına görə, yanvarın 1-i tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,478.2 milyon ABŞ dollarına çatıb. Həmin dövrə xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8.6% təşkil edib
Xəbəri paylaş
7828 dəfə oxunub.
Digər xəbərlər

23-12-2015, 13:09
Mağazalarda qiyməti bahalaşan siqaretlər (QİYMƏT CƏDVƏLİ)
17-05-2018, 11:45
Vüsalə fərqli obrazda - foto
17-07-2021, 13:48
“Buta” klinikasından özbaşınalıq, FHN-i də saymır... - NARAZILIQ!
4-11-2017, 11:19
Ərdoğanın Bakıdan Türkiyəyə apardığı tarixi xatirə – Foto
13-06-2020, 19:12
Lavrov və Şoyqu Türkiyəyə səfər edəcək
2-11-2022, 10:48
“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”
9-06-2016, 20:12
Ermənistana keçən qadının görüntüləri yayıldı - Foto
25-05-2017, 15:01
Evlilik verlişində iştirak edən Nazın əsl adı
29-08-2016, 13:53
Qurban bayramında neçə gün iş olmayacaq?