Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yumurtaların ucuzlaşması bizi "ölümə aparmır ki?" - VİDEO
Tarix: 06-04-2017 | Saat: 17:47
Bölmə:Karusel / Gündəm / Araşdırma | çapa göndər

Yumurtaların ucuzlaşması bizi "ölümə aparmır ki?" - VİDEO

Son günlər yumurtanın kəskin ucuzlaşması əhali arasında sevincə səbəb olub.

"Xəbəraz.az " AMN-ə istinadən bildirir ki, bir həftə əvvəl 18-19 qəpiyə satılan ərzaq məhsulunu bu gün 7-8 qəpiyə almaq mümkündür. Amma gündəm olan bu xəbərə sevinənlərlə yanaşı, şübhə edənlər də az deyil.

Belə ki, yumurtanın qiymətinin iki dəfədən çox aşağı düşməsi bəzilərində keyfiyyətlə bağlı suallar doğurub. Apardığımız sorğu nəticəsində məlum oldu ki, bəzi insanlar ucuzlaşan yumurtanı saxta olması ilə əlaqələndirir.

Biz də məsələni dəqiqləşdirmək üçün rəsmi orqanlara müraiət etdik. Azad İstehsalçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bazarda saxta yumurtaların olmadığını dedi:

"Bu qədər seçim olan yerdə saxta yumurtaya yer yoxdur. Bu gün yumurta istehsalçıları təxminən 30 faiz zərərlə işləyirlər. Bunun da səbəbi odur ki, bayramla bağlı əhali çoxlu sayda yumurta alıb, indi də alıcılıq qabiliyyəti aşağı düşüb. Eyni zamanda, istər kənd, istərsə də broyler toyuqlarının yumurtlama sezonu başlayıb. Yəni, yumurta bolluğu olduğu üçün istehsalçılar da məhsulu saxlayıb vaxtını keçirməkdənsə, zərərlə də olsa, aşağı qiymətə satmaq qərarına gəliblər".

AİB sədrinin sözlərinə görə, bu gün bazarda yumurtaların keyfiyyətində problem var:

"Əhali yumurta alarkən üzərində istehsalçının adı yazılan yumurtanı alsın. Bundan başqa, bu gün bazarlarda yumurtanın saxlama şəraiti də ürəkaçan deyil. Yumurtalar isti havada çöldə satılır ki, bu da onun xarab olmasına gətirib çıxarır".

E.Hüseynov qiymətlə bağlı vəziyyətin uzun çəkməyəcəyini və yumurtanın qiymətinin yenidən yay fəslində artacağını da əlavə etdi.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, istər marketlər, istərsə də, yarmarkalara çıxarılan ət və heyvan mənşəli məhsulların müayinəsi həyata keçirilir və yalnız bundan sonra onun satışına icazə verilir:

"Nəzərinizə çatdırmaq istəyirəm ki, hansı obyektlər Baytarlıq Nəzarəti xidmətindədirsə, orada satılan heyvan və heyvan mənşəli məhsullar, o cümlədən yumurtanın müayinəsiz satılması mümkün deyil. Çünki həmin obyektlərə daimi nəzarət olunur. Küçə ticarətinə biz nəzarət etmirik. Odur ki, həmin yerlərdə satılan ət və heyvan mənşəli məhsulların keyfiyyətinə heç kim zəmanət vermir".

Qeyd edək ki, Azərbaycanda saxta yumurtanın satılması ilə bağlı faktlar üzə çıxıb. Çindən gətirildiyi ehtimal edilən bu sayaq yumurtaların kimyəvi maddələrdən istifadə etməklə istehsal olunduğu bildirilir. Bu kimyəvi məhsulun hazırlanması üçün toyuq saxlamağa, onu böyüdüb-artırmağa artıq ehtiyac qalmır.

Mütəxəssislərin rəyinə görə, yumurtanın qabığının hazırlanmasında kalsium-korbonatdan istifadə olunur. Saxta yumurtanın içi isə jelatin, boyayıcı və digər maddələri qarışdırmaqla hazırlanır.

İki həftə bundan əvvəl sosial şəbəkədə yayılmış saxta yumurta ilə bağlı görüntüləri təqdim edirik:

Qeyd edək ki, bəzi sosial şəbəkələrdə saxta yumurta barəsində görüntülər paylaşılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizdə saxta yumurta satışına və istehsalı faktına təsadüf edilməyib. Saxta yumurta istehsalı ilə bağlı heç bir məlumat mövcud deyil. Belə videoların yayılması insanları çaşdırmağa xidmət edir.



Xəbəri paylaş

7858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___