Həcc və Ümrə ziyarətlərinə gedənlərin nəzərinə
Tarix: 28-03-2015 | Saat: 11:28
Bölmə:Karusel / Dünya / M2 / İbadət | çapa göndər
Qafqaz Müsəlmanları İdarəsi xəbərdarlıq edir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc və Ümrə ziyarətləri sənəd qəbulu ilə bağlı idarədən başqa sənəd aparanlar barədə xəbərdarlıq edib.
Xeberaz.az xəbər verir ki, QMİ-dən Oxu.Az-a verilən məlumata görə, bununla bağlı zəvvarlar da xəbərdar edilib.
Xəbərdarlıqda bildirilir: “Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır”.
Qeyd edək ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli hotellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan variantın qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

8-08-2016, 18:30
Tarkan süni mayalanma yolu ilə ata olacaq
29-04-2021, 16:58
Səhiyyənin İnsanov, Şirəliyev dövrü - nələr oldu...
25-12-2016, 11:08
Toyda gəlinin əxlaqsız fotosunu göstərdilər, aləm qarışdı - VIDEO
2-09-2015, 11:54
Azərbaycanda yeni nazir xanım təyin olundu
16-10-2016, 20:25
Evin havasını mikroblardan təmizləyən 5 TƏBİİ ÜSUL
5-12-2015, 22:09
Evdə qaz sobası partladı - Ana və 1 yaşlı qızı öldü
19-07-2015, 10:28
Təyyarənin enmə zamanı təkəri partladı - İsrail