Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həcc və Ümrə ziyarətlərinə gedənlərin nəzərinə
Tarix: 28-03-2015 | Saat: 11:28
Bölmə:Karusel / Dünya / M2 / İbadət | çapa göndər

Həcc və Ümrə ziyarətlərinə gedənlərin nəzərinə

Qafqaz Müsəlmanları İdarəsi xəbərdarlıq edir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc və Ümrə ziyarətləri sənəd qəbulu ilə bağlı idarədən başqa sənəd aparanlar barədə xəbərdarlıq edib.

Xeberaz.az xəbər verir ki, QMİ-dən Oxu.Az-a verilən məlumata görə, bununla bağlı zəvvarlar da xəbərdar edilib.

Xəbərdarlıqda bildirilir: “Ziyarətə getmək arzusunda olanlara bildiririk ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır”.

Qeyd edək ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli hotellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan variantın qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
5-10-2015, 15:18 Qoqolun başsız meyiti

bütün xəbərlər
____ Instagram ___