Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
19 yaşlı gəncin 36 yaşlı iki uşaq anasına qoşulub qaçmasının əsl səbəbi bəlli oldu
Tarix: 5-02-2019, 12:45 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər


Sabirabadda 19 yaşlı gəncin 36 yaşlı Aygün adlı iki uşaq anasına qoşulub qaçan Elsevərin ata-anası yenidən "Səni axtarıram" proqramına gələrək oğullarının geri qayıtmasının tələb ediblər.
Elsəvərin atası nəyin bahasına olursa olsun, oğlunu evə geri qaytaracağını bəyan edib.
Ailənin tək oğul övladı olan Elsevərin anası göz yaşları ilə oğluna yalvararaq evə geri dönməsini istəyib.
Xoşqədəm Hidayətqızı üzünü gəncin atasına tutaraq, oğlunun bu addımında onu günahlandırıb.
Belə ki, Elsevərin atası sevdiyi qızı ona almayıb. Ən dəhşətlisi isə budur ki, ata həmin qızdan ayırmaq üçün Elsevəri döyürmüş. Gənc özündən 17 yaş böyük və iki uşaq anasına qoşulub qaçmaqla valideynlərindən qisas aldığını açıqlayıb.
Elsevərin atası ilə Aygünün atası qohumdurlar. Onların bu münasibəti qohumlar arasında da düşmənçilik yaradıb.
Xatırladaq ki, Sabirabad rayonunda 19 yaşlı gəncin 36 yaşlı iki uşaq anası ilə eşq yaşaması oğlanın valideynlərinin sərt etirazına səbəb olub. Onların bərabər yaşamasını qəbul etməyən Elsevərin ata və anası "Səni axtarıram" proqramına gələrək dekabrın 25-dən itkin düşən oğullarının geri qayıtması üçün Xoşqədəmdən kömək istəyiblər. "Səni axtarıram" verilişi cütlüyü tapıb, efirə gətirib.
Ata öncədən demişdi ki, əgər oğulları həmin qadınla efirə çıxarsa, onu oğulluqdan siləcək. Buna baxmayaraq, oğul sevgilisinin əlindən tutaraq efirə gəlib. Valideynlər onları bir yerdə görərkən daha da qəzəbləniblər. Elsevərin valideynləri qadına hücum edib, onu döymək istəyiblər. Xoşqədəm onların bu cəhdinin qarşısını araya girməklə alıb.
Elsevər atasının bu sözlərinə etiraz edərək, Aygünlə öz xoşu ilə bərabər olduğunu, ondan ayrılmaq istəməyən gənc ata-anasından imtina etdiyini deyib. Bundan sonra ata oğlunu yoldan çıxaran Aygünün biri rəsmi, digərləri qeyri-rəsmi olmaqla 4 dəfə ərdə olduğunu açıqlayıb.
Onu da qeyd edək ki, qohumluq əlaqələri olan 19 yaşlı Elsevərlə 36 yaşlı Aygünün bu münasibəti 2 il əvvəl - Elsevərin 17 yaşı olarkən başlayıb.

5198 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
1-02-2019, 11:57 Aktyor özünə ev aldı
14-05-2016, 14:59 Manat bahalaşdı - Rəsmi

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___