Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məni tək qoyma Ana ___ Nicat Səmədov
Tarix: 28-08-2016 | Saat: 01:16
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Məni tək qoyma Ana ___  Nicat Səmədov


Məni tək qoyma Ana ___ Müstəzad

♡♡♡♡♡
Bu evə vəhşi sükut çökdü qəfildən Anacan,
Bura səssizlikdi.
Sənin həm xəstəliyindir eliyən bağrımı qan,
Həm ümidsizlikdi.
Məni hər saniyə təqib eləyir bir həyacan,
O da sənsizlikdi.
Səni də artıq əcəl ovçusu almış nişana.
Məni tək qoyma Ana.
----------------
Ağlamağdan quruyub gözlərimin yaşı daha,
Suyu bitmiş quyu tək.
Batırır ruhumu bədbinliyim hər cür günaha.
Daşa dönmüş bu ürək.
Ümidim zərrə qədər yoxdu bu gündən sabaha.
Çox amansızdı fələk.
Kaş ki,heç gəlməzidim lənətə gəlmiş cahana,
Məni tək qoyma Ana.
-----------------
Ayrılıq dərdinə yox dərman ürəklər sağala,
Gör ölən var nə qədər.
Bir - birindən nə rəvadır iki can ayrı qala?!
Bu ölümdən də betər.
Nə Ana ayrı qalar öz balasından,nə bala.
Bu həqiqətsə əgər,
Qorxuram,çevrilə bir gün bu həqiqət yalana.
Məni tək qoyma Ana.
-----------------
Yazılıb qarə həriflərlə ömr gündəliyin,
Bu həyat yordu səni.
Ki,bu birəhmi - əcəl göstərərək higgəliyin,
Gəlir ardınca,yəni
Qarşılaşdırsa ölümlə səni bu xəstəliyin,
Buraxıb getmə məni.
Çek apar ruhumu getsən hara,getsən hayana.
Məni tək qoyma Ana.
Müəllif *** Nicat Səmədov *** 17.07.2016.
Məni tək qoyma Ana ___  Nicat Səmədov


Xəbəri paylaş

2 6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___